Lisini — Vikipediya
Lisini | |
---|---|
| |
11 noyabr 308 – 18 sentyabr 324 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Valerius Licinianus Licinius |
Doğum tarixi | təq. 263[1][2] |
Vəfat tarixi | 325 |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | siyasətçi |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263[1][2] – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur. Konstantin Lisinini Pannoniya və Myoziya vilayətlərini təslim etməyə məcbur etmişdir. Bunun ardınca Lisini 10 il ərzində ordusunu genişləndirmiş və böyük bir xəzinə toplamışdır. 324-cü ildə Konstantin onu Adrianopolda və yenidən Xrisopolda məğlub etmişdir. Lisini təslim olmuş, Salonikiyə sürgün edilmiş və növbəti il üsyan cəhdi ittihamı ilə edam edilmişdir.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Е. З. Лициний (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIа. С. 864.
- ↑ 1 2 Adkins L. Handbook to Life in Ancient Rome (ing.). OUP, 1998. P. 31. ISBN 0-19-512332-8
- ↑ "Licinius". 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
- ↑ "Valeri Licinià Licini". 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Grant, Michael (1993), The Emperor Constantine, London. ISBN 0-7538-0528-6
- Pears, Edwin. “The Campaign against Paganism A.D. 324.” The English Historical Review, Vol. 24, No. 93 (January 1909): 1–17.