Life (jurnal) — Vikipediya

Dvayt Eyzenhaver, 1944 19 iyun, Life jurnalı

Life — üç amerikan jurnalının adıdır:

Tarixi[redaktə | mənbəni redaktə et]

"Life" 1883-cü ildə Con Mitçell tərəfindən yaradılmışdır. 53 il əyləncəli,illustrasiyalı bir jurnalı kimi nəşr edilmişdir. Life jurnalının ilk nəşri zamanı devizi belə olmuşdur: "Həyat var — ümid var". Bu jurnalda çox tanınmış yazıçılar,redaktorlar və karikaturaçılar çalışmışdır. 1918-ci ildə Mitçellin ölümündən sonra Çarlz Qibson jurnalı 1 mln.$ almışdır. Həmin dövrdə dünya artıq dəyişmişdi. Bu dövr artıq "şən" 90-cı ilər deyildi. Çox tanınmış personalı olmasına baxmayaraq. jurnal maliyyə cəhətdən iflasa uğrayırdı. Jurnal Böyük Depressiya zamanı çoxlu sayda abunəçisini itirdi.

1910-cu il 27 yanvar, Kol Filippsin illustrasiyası

1936-cı ildə naşir Henri Luis "Life" üçün 92 000 $ pul ödədi. Henri Luisin dövründə "Life" xəbərləri bütünlüklə fotoşəkillərlə olan ilk amerikan qəzeti olmuşdur. Bu jurnalın ən məşhur fotoşəkli kimi "Tibb bacısı dənizçinin ağuşunda" fotosu sayılır. Bu şəkil 1945-ci il 27 noyabr tarixində Alfred Eyzenştayn tərəfindən Nyu-Yorkda Yaponiya üzərindəki qələbəni bayram edilən vaxt çəkilmişdir. Jurnalın ilk nömrəsi 1936-cı ildə çıxmışdır. Jurnal dəfələrlə formatını dəyişib və bağlanmışdı. Jurnal 1972-ci ilə qədər həftəlik olmuşdur. 1978-ci ildə, 6 ildən sonra onun fəaliyyəti yenidən bərpa olundu. Amma bu dəfə aylıq buraxılırdı.Amma 2000-ci ildə Life yenidən mövcudluğunu dayandırdı. Fotojurnalın nəşrinin dayanmasının səbəbi kimi televiziyanın bugünkü sürətli inkişafı göstərilir.

Google ilə əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

18 noyabr 2008-ci ildə Google jurnalın arxiv fotoşəkillərinin hostinqinə başladı. Bu arxivdə olan çoxlu şəkillər heç vaxt çap olunmamışdı. Bundan başqa,məqalələrin tam şəkildə arxivi (1936–1972) "Google Books"verilmişdi.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Amerikalı jurnalist Corc Stori 1936-cı ildə Life jurnalının yaradıldığı gündə anadan olmuşdur. Life jurnalının ilk nömrəsində yeni doğulmuş Corcun fotoşəklində "Həyat başlayır" başlığı yazılmışdır. Storinin gələcək həyatı bu jurnalda işıqlandırılır. Onun iki evliliyi, ata olması, təqaüdə çıxması bu jurnalda işıqlandırılmışdı. 2000-ci ilin may ayında 64 yaşlı Corc jurnalın son buraxılışında peyda olur.Onun fotoşəklinin başlığı belə idi: "Həyat bitir" (Bununla jurnalın bağlanmasını bildirmişdilər). Bundan bir neçə gündən sonra Corc Stori infarktdan dünyasını dəyişmişdir.