Liberiya bayrağı — Vikipediya

Liberiya bayrağı
Təfərrüatlar
Proporsiya 10:19
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liberiya bayrağı — Liberiyanın dövlət bayrağı ABŞ bayrağını xatırladır, bayraqda 11 zolaq (6 qırmızı və 5 ağ) və göy fonda ağ ulduz vardır.

Liberiyanın bayrağı rəsmi olaraq, 1847-ci ildə qəbul edilib. Bayrağın 11 zolağı Liberiyanın müstəqillik bəyannaməsindəki imzaların sayı ilə eynilik təşkil edir. Qırmızı rəng cəsurluğu, ağ rəng isə mənəvi əsasları təmsil edir. Ağ rəngli beşguşəli ulduz Afrika materikində ilk müstəqil dövləti və qulların azadlığını tərənnüm edir. Mavi rəngli kvadrat isə Afrika materikinin və qardaşlığın rəmzidir. Dünya ticarət donanmasında ən çox Liberiyanın bayrağından istifadə olunur. Səbəb isə bu bayrağın istifadəsinə görə ticarət gəmilərindən ucuz rüsum haqqının alınmasıdır.