Li Tsinhuy — Vikipediya

Li Tsinhuy
Ümumi məlumatlar
Doğum tarixi 5 sentyabr 1891(1891-09-05)[1]
Doğum yeri
Vəfat tarixi 15 fevral 1967(1967-02-15) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, mahnı yazarı[d]

Li Tsinhuy (Tam adı: çin. 黎錦暉; 5 sentyabr 1891[1], Syantan[d]15 fevral 1967, Şanxay) — Çin bəstəkarı və söz yazarı. "Çin pop musiqisinin atası" kimi tanınır.[2][3] Tzin sülaləsinin süqutundan sonra ənənəvi musiqi janrlarından uzaqlaşaraq yeni şidayqu janrının əsasını qoymuşdur. Linin bəstələri həddən artıq məşhur olsa da, Milliyətçi Çin Partiyası onun musiqilərinə qadağa qoyur. Tənqidçilər mahnılarının cinsi məzmununa görə onun tərzini pornoqrafiyanın bir forması, "Sarı musiqi"; özünü isə ictimai əxlaqın "korrupsioneri" adlandırırdılar. 1949-cu ildə hakimiyyətin kommunistlərin əlinə keçməsindən sonra Çində bu cür pop musiqi qadağan edildi və Li 1967-ci ildə Mədəni İnqilabın yüksəlişi dövründə siyasi təqiblərin qurbanı olaraq ölümə tuş gəldi.[4]

Həyatı[redaktə | mənbəni redaktə et]

Li qardaşları. Sağdan sola (böyükdən kiçiyə doğru): Tsinksi, Tsinhuy, Tsinyao, Tsinşu, Tsincon, Tsinmin, Tsinqan, Tsinyanq. Pekin, 1930-cu il.

Xunan əyalətinin Syantan şəhərində ziyalı ailəsində anadan olmuş Li Tsinhuy tanınmış Li qardaşlarından (səkkiz qardaş) ikincisidir. Böyük qardaşı Li Cinksi Mao Tszedunun yaxın dostu və müəllimi, görkəmli dilçi idi.[5][6] Kiçik qardaşı Çin Yanq Li sonralar ABŞ-da əsərləri ən çox satılan müəlliflərdən birinə çevrilir.[7]

Li, Konfutsi klassikasını oxuyaraq və Şaoşan və Syantan kimi mütərəqqi məktəblərə qatılaraq böyümüşdü.[5]

Yeniyetməlik illərində Çin xalq musiqisinə heyran olan Li, sonralar bu janrdan özünün inqilabi, yeni musiqi tərzində istifadə etmişdir. Çanqşa Ali Normal Məktəbində tələbə olarkən onun musiqi istedadı üzə çıxır: gənc Li 1911-ci ildə məzun olmamışdan qabaq musiqiçi, xor rəhbəri və musiqi müəllimi kimi (yarımştat) çalışmışdır.[5]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1911-1914-cü illərdə Pekində yeni Milli Məclisin katibliyində qısa müddət çalışdıqdan sonra doğma Xunana qayıdan Li tələbə xorlarına rəhbərlik edir.[5] Linin irəliləyən karyerası dramatik bir vəziyyət almağa başlayır. Çansa qəzeti üçün bir sıra satirik siyasi mahnılar yazır. Lakin belə mahnılarından biri yerli komandirlərdən birini elə qəzəbləndirir ki, Li həmin mahnıya görə döyülür.[5]

1916-cı ildə Li Pekinə qayıtmaq qərarına gəlir. Burada Pekin Universitetində mərkəzləşmiş Yeni Mədəni Hərəkata qoşulur. 1919-cu ildə 4 may Hərəkatında iştirak edir.[5] Pekində ikən Li həm də iki arzusunu ömür boyu gerçəkləşdirə bilmək imkanını əldə edir: dilin və folklor musiqisinin pedaqogikası. Çin dili və musiqi müəllimi olan Li vaxtını, effektiv təlim metodları haqqında dərsliklər yazmaqla və bir çox musiqi janrlarını araşdırmaqla keçirirdi. O, Xunan əyalətində məşhur olan, teatr səhnəsində monoloq vasitəsilə ifa edilən Huaqaksi operasından təsirlənir.[8] Buna görə də Çin pop musiqisinin ilk dəfə təsirinə məruz qaldığı janrların məhz qeyd edilən nümunələr olduğunu demək mümkündür.

Pekin Universitetinin Musiqinin Təbliği və Tətbiqi bölməsinin rəhbəri kimi Li, bütün diqqətini Xunan musiqisinə vermiş və Çinin sadə sakinlərinə çatdırmaq məqsədilə milli Çin xalq musiqilərini aranjiman etməyə, yazıya almağa və ifa etməyə başlamışdı.[5] Bununla belə Linin cəhdləri həmkarları tərəfindən maraqla qarşılanmadı; çünki Li o zamanlar populyar olan Avropa romantik musiqisinə və ya kunçyu operası kimi ənənəvi musiqi janrlarına diqqət ayırmamışdı.[5] Əksinə, Li "vulqar" və adi hesab edilən folklor musiqilərinə fokuslanmışdı.[5]

1920-ci ildə Li Parlaq Ay mahnı və rəqs qrupunu yaradır. Qrupun adını Li Yeni Mədəni Hərəkatın ritorikasından götürmüşdü; Li özünün musiqi üçün göstərdiyi səylərin məqsədini belə ifadə edirdi: "göydəki parlaq ay kimi hər kəsin əylənməsini təmin etmək məqsədilə bütün ölkədə parlayan, sadə vətəndaşlar üçün musiqi bayrağı qaldırırıq". Elə həmin il Sadə Xalqın həftəlik jurnalında redaktor olan Li, növbəti il Çin Kitab Bürosunda redaktorluğa başlayır.[5] Sonrakı il isə Şanxayda Milli Dil İnstitutunun rəhbəri vəzifəsinədək yüksəlir.[5]

Parlaq Ay mahnı və rəqs qrupu Van Jenmey (ön tərəfdə) ilə birlikdə

Həmçinin 1922-ci ildə Li "Kiçik Dost" uşaq jurnalının redaktoru kimi fəaliyyət göstərməyə başlayır. Tezliklə jurnal rüb ərzində ölkədə ən çox satılan jurnala çevrilir.[5] "Kiçik Dost"da Li anti-feodal baxışları, Çin dilinin ölkədə istifadəsini, ailə dəyərlərini, paylaşmaq, təbiət ilə harmoniyada olmaq kimi hisləri, eləcə də uşaq ədəbiyyatı və operaları vasitəsilə əsl vətəndaşlığı təbliğ edirdi. Musiqilər sadələşdirilmiş notlarda yazılmış və gitara, skripka və pianino ilə müşayiət olunmuşdu.[5]

Linin ilkin olaraq fəaliyyəti tamamilə məsum və tərbiyəvi məzmunda olsa da, qazandığı məşhurluğa baxmayaraq hələ də bəzi tənqidçilərin güclü tənqidinə məruz qalırdı. Bu müqavimət bəlkə də bu mahnıların ifa edilmə tərzi ilə əlaqədar idi. Belə ki, 1923-cü ilin əvvəllərində Li özünün "Sərçə və Uşaq və Kiçik Rəssam" da daxil olmaqla digər musiqi məktəblərində ifa və rəqs etməsi üçün gənc qızları işə götürməklə qadınların səhnəyə çıxmasına icazə verməyən qadağanı çeynəmişdi.[5] Daha mübahisəlisi isə öz qızı Li Minqhuyun səhnədə çıxış etməsinə icazə verməsi idi.[5] Minqhuy son dərəcə populyar bir müğənni, aktrisa və uşaq filmi ulduzuna çevrildi, lakin eyni zamanda da özünün ictimai çıxışlarına görə, həmin çıxışların "bayağı və utancverici" olduğunu düşünən sənətçilərin inamsızlığı səbəbiylə, amansızcasına tənqid edildi.[5] 1927-ci ildə Li "Çin Rəqs Məktəbi", daha sonra da "Çin Mahnı və Rəqs Qrupu"nu yaratmışdı.[8]

Li Minqhuy Lyanqyunun üz qabığında

Homindanın təzyiqi və maliyyə çətinlikləri səbəbiylə Parlaq Ay qrupunu bağlamaq məcburiyyətində qalsa da, 1928-ci ildə Qızlar üçün Gözəllik Məktəbini yaradır və beləcə öz tələbələrinin bir qrupu ilə işləməyə davam edə biləcəkdi.[5] Maliyyələşdirilməməsi nəticəsində qızları ilə tur təşkil edə bilməyən Li Ailə Sevgi Mahnıları adlı olduqca məşhur albom çıxardır, sonrasında 1932-ci ildə Vətənpərvər Mahnılar albomunu buraxır.[5] İlk albomunun uğurundan sonra Li 1929-cu ildə Parlaq Ay mahnı və rəqs qrupunu bərpa edir və bütün ölkədə tura çıxır.[8] Tur Şimal Ekspedisiyası dövründə Milli İnqilabi Orduya görə əsasən siyasi sıxışdırılma kimi başladı. Sinqapurda yaşadığı dövrlər "zəmanə mahnıları"nı bəstələməyə başladığı illər idi. Bu zaman onun bəstələrində Qərbin təsiri hiss olunurdu: artıq Çin musiqisi yeni istiqamətə doğru hərəkət edirdi.[6] Qeyd edilən illərin məhsulu olan mahnılar sonralar şidayqu adlandırıldı.

Ölkədə radio geniş yayıldıqca, Linin cazı da o sürətlə yayılmağa başladı. Caz janrına müraciət etdiyinə görə kobud tərzdə tənqid edilir və onun tərzi "Sarı musiqi" və ya "porno musiqi" adlandırılırdı. 1934-cü ildə onun haqqında "o qədər vulqar və əxlaqsızdır ki, qurtulmasına ümid yoxdur... lakin həmişəki kimi məşhurdur" ifadəsi səsləndirilmişdir.[9] Onun ən böyük caz təsir mənbəyi Li ilə iki il işləyən amerikalı Bak Kleyton idi.[5] Li tərəfindən yazılmış musiqilərin formalaşmasında Kleyton böyük rol oynamışdı. Linin inqilabi caz musiqisi gecə həyatı səhnələrinin əsas musiqisinə çevrilir və cənub-şərqi Asiyada kabare, kafe və gecə klublarında səsləndirilir.[5] Li özü, Şanxayın ən yüksək səviyyəli gecə klubunda çalan ilk Çin caz qrupuna rəhbərlik edirdi. Linin mahnıları tez-tez əksəriyyəti əvvəllər Linin qruplarında çıxış etmiş qadın müğənni və kişi musiqiçilərdən ibarət müxtəlif mahnı və rəqs qrupları tərəfindən ifa edilirdi.[5] Linin dəstəyi ilə məşhurlaşan ulduzlar arasında Van Jenmey, Ne ErÇjou Syuan vardı.[10] Çjou Syuan sonralar Çin Respublikasının Yeddi Ulduz Müğənnisindən biri olmuşdu.

1931-ci ildə Linin qrupu Lyanhua Kino Şirkəti ilə birləşdi. Li kinofilmlər üçün musiqilər yazmağa başladı. Bunlardan biri Çinin ilk musiqili kinolarından biri olan Denshollda romantika idi.[5] Linin yaradıcılığı qadın obrazının kütləvi marketinqi, həmçinin ulduz olmaq və ticari mənfəət əldə etmək ilə əlaqələndirilir. 1934-cü ilədək onun başlatdığı musiqi və ulduz hərəkatı onsuz inkişaf etdi.[5] 1949-cu ildə Şanxay Animasiya Film Studiyasının bəstəkarı kimi çalışırdı.[3] Li ömrünün sonunadək mahnı bəstələməyə davam etdi, halbuki təkcə məşhur olduğuna görə ona daha çox pul ödənilə bilərdi. Çin Kommunist Partiyası tərəfindən sarı musiqinin yaradıcısı kimi adlandırılan Li Mədəni İnqilab dövründə siyasi təqiblərin qurbanına çevrildi.[5]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Linin həyat yoldaşı Şyu Lay

1930-cu ildə Parlaq Ay qrupunun üzvü Şyu Lay ilə ailə həyatı qurmuşdur. Syaofen adlı qızları doğulmuşdur.[11] 1933-cü ildə Şyu Lay Minsin Kino Şirkətinin film ulduzuna çevrilir. 1935-ci ildə Syaofenin qəfil ölümündən sonra nikahları sarsılır və cütlük həmin ilin noyabrında boşanır. Qızını və həyat yoldaşını itirən Li özünə gələ bilmir.[12] Boşanma amansız olmuşdu: Li, Şyu Laydan ona təlim vermək üçün qoyduğu sərmayəyə görə təzminat istəmişdi.[13] Şyu sonralar Homindan generalı Tanq Şenqminq ilə evlənir və Çin-yapon müharibəsi zamanı Cantonq gizli agenti kimi fəaliyyət göstərir.

Li Tsinhuyun öncəki evliliyindən Li Minqhuy (1909-2003) adlı bir qızı vardı. O, Çinin ilk pop müğənnisi hesab olunur. Li Minqhuy atasının yazdığı mahnıları ifa edirdi.

Li həm də əfsanəvi kommunist gizli agenti Çyen Çjuanfeyin qızı Çyen Çjençjeni övladlığa götürmüşdü. Çyen öz adını Li Lili olaraq dəyişdirmişdi. Li Lili 1930-cu illərdə Çinin ən məşhur aktrisalarından biri idi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Öz dövrünün mübahisəli fiquru olmasına baxmayaraq, Li Tsinhuy musiqi icmasına yüzlərlə musiqi bəxş etmişdir. Bu mahnılar Böyük Çin, Pathe-EMİ və RCA-Victor kimi məşhur səsyazma şirkətləri tərəfindən buraxılmışdır.[5] O, həmçinin 1920-ci illərin sonu — 1940-cı illərdə Şanxayın ən məşhur səsyazma sənətçiləri və aktrisalarını kəşf etmiş və ulduz olmalarına səbəb olmuşdu. Ömrü boyu tənqidçilər onun işlərini "Sarı musiqi" adı ilə cinsi məzmunlu adı altında aşağılamışdılar. Onun yaradıcılığına pornoqrafiya damğası vuruldu. Linin bəstələri yalnız bir qrup insanlar tərəfindən qəbul edilirdi. Onun musiqi hərəkatı daha sonra kantopopmandopop fenomenlərinədək yüksələcəkdi, hansı ki bunlar XX əsrdə müvafiq olaraq HonkonqdaTayvanda əsas musiqi janrına çevrildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 黎锦晖 // https://bgm.tv/person/22174.
  2. Baranovitch, Nimrod. [2003] (2003). China's New Voices: Popular Music, Ethnicity, Gender and Politics, 1978-1997. University of California Press. ISBN 0-520-23450-2
  3. 1 2 Aigomusic. "Aigomusic Arxivləşdirilib 2007-07-02 at the Wayback Machine." Shanghai introduction. Retrieved on 2007-04-30.
  4. Freemuse Arxivləşdirilib 2008-08-29 at the Wayback Machine Retrieved on 2009-02-12.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 Jones. Andrew F. (2001). Yellow Music - CL: Media Culture and Colonial Modernity in the Chinese Jazz Age. Duke University Press. ISBN 0-8223-2694-9
  6. 1 2 Chinabook gov. "Chinabook Arxivləşdirilib 2007-10-25 at the Wayback Machine." Era of change. Retrieved on 2007-04-30.
  7. Ming, Fengying. "纪念|黎锦扬:美国华人英文写作开拓者,好莱坞的打油郎". The Paper. 2018-11-24. 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  8. 1 2 3 Aigomusic. "Aigomusic Arxivləşdirilib 2007-01-06 at the Wayback Machine." Li Jinhui. Retrieved on 2007-04-30.
  9. Stock. Jonathan [1995] (Spring – Summer 1995). Reconsidering the Past: Zhou Xuan and the Rehabilitation of Early Twentieth-Century Popular Music. Asian Music, Vol. 26, No. 2. Musical Narrative Traditions of Asia.University of Texas Press.
  10. Broughton, Simon. Ellingham, Mark. Trillo, Richard. [2000] (2000) World Music: The Rough Guide. Rough Guides Publishing Company. ISBN 1-85828-636-0
  11. Zhang Wei (張偉). 昨夜星光燦爛: 民國影壇的28位巨星 [28 Movie Stars of the Republic of China Era, Volume 1]. Xiuwei Publishing (秀威出版). 1 September 2008. səh. 73. ISBN 978-986-221-078-9. 30 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2020.
  12. Cang Lang Yun (沧浪云). 6. Li Jinhui // 民国音乐:未央 [Music of Republican China]. Dongfang Publishing House. 1 January 2013. ISBN 9787506047852. 31 May 2014 tarixində orijinalından arxivləşdirilib.
  13. Ma, Yuxin. Women Journalists and Feminism in China, 1898-1937. Cambria Press. January 2010. səh. 295. ISBN 978-1-60497-660-1. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-19.