Lezbiyanlıq — Vikipediya

iki qadın birliyinin simvolu
Martin van Maelenin çəkdiyi rəsm, 1905-ci il

Lezbiyanlıq qadın homoseksuallığıdır.[1][2]Homoseksual qadınlara lezbiyan deyilir. "Lezbiyan" termini "homoseksuallıq" termininin özü qədər qeyri-müəyyəndir: bir kontekstdə homoseksual oriyentasiyaya malik qadına, başqa bir kontekstdə - homoseksual kimliyi olan qadına, üçüncüdə isə yalnız homoseksual davranış təcrübəsi keçən qadına aid edilə bilər. Termin XIX əsrin sonlarında cinsi sapmaların, xüsusən də homoseksuallığın təsviri kimi yaranmışdır. Qədim Yunanıstanda lezbiyanlığa tribadizm deyilirdi və “tribadlar” bu cür əlaqələrə girən qadınlar idi (yunan dilindən τριβάς - özü ilə və ya başqa qadınlarla qeyri-təbii pisliklərə yol verən qadın).

Tarixi[redaktə | mənbəni redaktə et]

Lebiyanlığın tarixi keçmiş mənbələrdən Qədim Yunan tarixinə əsaslanır. Lesbos (Midilli) adasında yaşayan Sapfo başqa qadınlara olan cinsi əlaqəsinə aid şeirlər yazmışdır. Həmçinin yenə bəzi qədim mənbələrdə Sapfonun oğlanlara qarşı sevgisinin də olduğunu deyir.

Yazılı mənbələr[redaktə | mənbəni redaktə et]

Lezbiyanlığa aid ilk yazılı mənbələrə Qədim Spartada rast gəlinir.

Asiya[redaktə | mənbəni redaktə et]

Qədim Çin şeirləri və hekayələrində lezbiyanlığa ras gəlinir. Amma bu əsərlərdə oğlanların eyni cinsi əlaqəsinə yer verilmir. Antropoloq Liza Delbi qadınların eyni cinsi əlaqəsinə aid etdiyi araşdırmalarında, qədim Yaponiyada lezbiyanlığın olduğunu və xalq tərəfindən pis qarşılanmadığını iddia edir.

Avropa[redaktə | mənbəni redaktə et]

Avropada XII əsrdə yaşamış yazıçı Etienne de Fouqeres qadınlar haqqında apardığı araşdırma nəticəsində "Livre des manieres"də (təxminən eradan sonra 1170-ci ildə yazılmışdır) lezbiyanların gülünc vəziyyətdə olduğunu və onları xoruzlar kimi hərəkət etməyə çalışan toyuqlara bənzədildiyini öyrənmişdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

"Lezbiyan" sözünün Sapfonun yaşadığı adanın adı "Lesbos"-dan irəli gəldiyi düşünülür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2007-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
  2. "Arxivlənmiş surət". 2007-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.