Leyla Şıxlinskaya — Vikipediya

Leyla Şıxlinskaya
Leyla Fərrux qızı Şıxlinskaya
Doğum tarixi 12 iyun 1947(1947-06-12) (76 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa,
baletmeyster
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili GİTİS
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID0793430

Leyla Şıxlinskaya (12 iyun 1947, Moskva) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.

Həyatı[redaktə | mənbəni redaktə et]

12 iyun 1947-ci ildə Moskvada anadan olmuşdur. Leyla Şıxlinskaya balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir[1] və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.

1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Лейла Шихлинская: "В нашей клинике ещё ни одному ребёнку не сказали "нет"!"". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.