Levan Qoqoberidze — Vikipediya

Levan Qoqoberidze
gürc. ლევან დავითის ძე ღოღობერიძე
bayraq
Gürcüstan Kommunist partiyasının birinci katibi
6 may 1930 – 20 noyabr 1930
ƏvvəlkiMixail Kaxiani
SonrakıSamson Mamuliya
bayraq
Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi
1924 – 1925
SonrakıNikolay Akirtava
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1896(1896-01-21)
Doğum yeri
Vəfat tarixi 21 mart 1937(1937-03-21)[1] (41 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Levan Davidoviç Qoqoberidze (21 yanvar 1896, Kutaisi quberniyası21 mart 1937[1], SSRİ) — sovet dövlət xadimi, Gürcüstan Kommunist partiyasının beşinci birinci katibi, 1916-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Quba üsyanının yatırılmasında iştirak edib.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində dvoryan ailsində anadan olub. 1916-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub. 1918-ci ilin fevral ayından Kommunist Partiyasının Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvüdür. 1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub.[3] 1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib. 1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub.[2]

1921-ci ildən Tiflis İnqilab Komitəsinin sədri, Sovet İttifaqı Kommunist Partiyasının Tiflis Komitəsinin katibi olub. 1923–1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924–1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub. 1925–1926-cı illərdə 1921-ci ildə ölkəni tərk etmiş gürcü siyasi mühacirlərini bölmək məqsədilə Parisdə siyasi və kəşfiyyat işləri ilə məşğul olub. 1930-cu ildə Gürcüstan Kommunist partiyasının birinci katibi olub. 1930–1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil alaraq, SSRİ Xalq Təchizat Komissarlığında fəaliyyət göstərmişdir. 1934-cü ilin may ayından Eyskdə, Rostov Na Donuda partiya işləri ilə məşğul olmuşdur. Sovet İttifaqı Kommunist Partiyasının 13-cü 15-ci 16-cı çağırışlarında nümayəndə olmuşdur. 14 dekabr 1936-cı ildə həbs olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 21 mart 1937-ci ildə güllələnmişdir.[4][5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Гогоберидзе Леван Давидович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 2,0 2,1 Levan Qoqoberidze // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 352. ISBN 9952-417-44-4.
  3. Levan Qoqoberidze // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 9. ISBN 9952-417-44-4.
  4. "Гогоберидзе Леван Давыдович (1896)" (rus. ). ru.openlist.wiki. 14 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2020.
  5. "Гогоберидзе Леван Давидович" (rus. ). 1937god.info. 14 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2020.