Lev Qruber — Vikipediya

Lev Qruber
rus. Лев Лазаревич Грубер
Doğum tarixi
Doğum yeri Barnaul, Barnaul qəzası, Altay quberniyası, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri İsrail
Vətəndaşlığı SSRİ SSRİ
İsrail İsrail
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1949-cu ildən
Təhsili Azərbaycan Dövlət Teatr İnstitutu
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1961
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Döyüş xidmətlərinə görə" medalı — 1943

Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987).

Həyatı[redaktə | mənbəni redaktə et]

Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur.[1] 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir.[2]

Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Rol Tamaşa Müəllif
Qnezdiç Maskarad Mixail Lermontov
Keşiş Kuraş ana Bertolt Brext
Pyer Dinsizin tövbəsi İmran Qasımov
Səməd Sən nə üçün yaşayırsan? İmran Qasımov və Həsən Seyidbəyli
Şebelski İvanov Anton Çexov
Astrov Vanya dayı Anton Çexov
Treplev Qağayı Anton Çexov
Parfiri Petroviç Cinayət və cəza Fyodor Dostoyevski
Mələk Vəhşi mələk Aleksey Kolomiets
Rodion Vasilyeviç Köhnə dəbli komediya Aleksey Arbuzov
Kuklin Okean Aleksandr Şteyn
Aleksey İvanov Ürəkdə əməliyyat Anatoli Safronov
Kleş Həyatın dibində Maksim Qorki
Jura Unudulmaz 1919-cu il Vsevolod Vişnevski
Qolouşev Alovlu körpü Boris Romaşev
Simon Renar Mariya Tüdor Viktor Hüqo

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Кастрюлин, 2010, ст. 11
  2. Rəhimli, 2016. səh. 183–184

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Кастрюлин, С. "Движущая сила таланта". Эхо. 21 августа 2010.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]