Lemmi Kilmister — Vikipediya

Lemmi Kilmister
ing. Lemmy Kilmister
Lemmi konsertdə, 2005
Lemmi konsertdə, 2005
Ümumi məlumatlar
Doğum adı Ian Fraser Kilmister
Ləqəbi Ian Fraser Willis
Doğum tarixi
Doğum yeri Börslem, Stok-on-Trent, Böyük Britaniya Birləşmiş Krallıq
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi prostat xərçəngi, ürək çatışmazlığı
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi, bəstəkar
Fəaliyyət illəri 1965-2015
Janrlar Rok-n-roll, Metal musiqi, Spid-metal
Musiqi aləti Rickenbacker bass
Səs tembri bariton
Əlaqəsi Motorhead
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı.

İlk dövrləri[redaktə | mənbəni redaktə et]

1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı.[1] Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır.[2] 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub.[3] 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib.[2]

Musiqi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1960-1970[redaktə | mənbəni redaktə et]

Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu.[2] 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı. 1968-ci ildə Sem Qopal psixodelik rok qrupuna qoşuldu və bir albomun yazılmasında iştirak etdi. 1969-cu ildə Opal Butterfly qrupuna qoşulsa da daha sonra qrup dağıldı.

1971-1975[redaktə | mənbəni redaktə et]

1971-ci ilin avqustunda Hawkwind qrupuna qoşuldu və ilk dəfə bass gitarist kimi fəaliyyətə başladı.[4] 1975-ci ildə ABŞ-Kanada sərhədini keçərkən üzərində narkotik maddə tapılaraq ilə həbs olunan Lemmi buna görə də qrupdan ixrac edildi.[5]

1975-2015[redaktə | mənbəni redaktə et]

1975-ci ildə Hawkwinddən qovulmasından sonra Lerri Uollis ilə Bastard adlı qrup yaratsa da çox keçmədən bu adı dəyişərək Motörhead qrupunun əsasını qoydu.[6] 1980-1981-ci illərdə məşhurluğun zirvəsinə çıxan Motörhead son konsertini 11 dekabr 2015-ci ildə Berlində vermişdir.[7]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Lemmi musiqi karierasından əlavə 1990-cı ildə fantastika filmi olan Hardware və 1987-ci ildə Eat the Rich adlı komediya filmində çəkilmişdir. 1994-cü ildə Airheads (Boş başlar) filmində də rol almışdır.[8] Haqqında çəkilən Lemmy sənədli filmində Joy Division, Metallica, Megadeth, AnthraxHawkwind kimi qrupların musiqiçiləri də rol almışdı.[9]

Oyunlar[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Amiqa və Atari sistemləri üçün yayımlanan Motörhead adlı 16 bitlik oyunda əsas personajdır.[10] Guitar Hero: Metallica oyununda səviyyələrdən birində yer alır[11] və Brütal Legend oyunu üçün Kill Master personajını səsləndirmişdir.[12]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Lemmi alkoqolizm və seks həyatı ilə məşhur musiqiçilərdəndir. 30 yaşından bəri hər gün bir Jack Daniel's viski butulkası bitirirdi.[13] Maxim jurnalının siyahısına görə "10 Yaşayan Seks Əfsanəsi"ndən biri olub, 1200 qadınla yatmışdı.[14] LSD-ni mütəmadi olaraq istifadə edirdi.[15] 2005-ci ildə Uels Milli Məclisində çıxış etmiş və heroin istifadə etməyinə baxmayaraq onun leqallaşdırılmasını təklif etmişdi.[16] Özünü anarxist və ya libertarian kimi təqdim edirdi və aqnostik idi.

Sonrakı həyatı və ölümü[redaktə | mənbəni redaktə et]

1990-cı ildən bəri Los-Ancelesdə yaşamışdır. 2013-cü ildə implantat kardioverzion-defibrilyator istifadəsinə başlamışdı. 26 dekabr 2015-ci ildə xərçəng diaqnozu qoyulmuş, 2 gün sonra vəfat etmişdir.[17]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

The Rockin' Vickers[redaktə | mənbəni redaktə et]

  • 1965 – "Zing! Went the Strings of My Heart" / "Stella" (7'' sinql)
  • 1965 – "It's Alright" / "Stay By Me" (7'' sinql)
  • 1966 – "Dandy" / "I Don't Need Your Kind" (7'' sinql)
  • 2000 – The Complete: It's Alright

Sem Qopal[redaktə | mənbəni redaktə et]

  • 1969 – Escalator
  • 1969 – "Horse" / "Back Door Man" (7'' sinql)

Hawkwind[redaktə | mənbəni redaktə et]

  • 1972 – "Silver Machine" / "Seven by Seven" (7'' sinql)
  • 1972 – Glastonbury Fayre – contains "Silver Machine" and "Welcome to the Future"
  • 1972 – Greasy Truckers Party – contains "Born to Go" and "Master of the Universe"
  • 1972 – Doremi Fasol Latido
  • 1973 – "Lord of Light" / "Born to Go" (7'' sinql)
  • 1973 – "Urban Guerrilla" / "Brainbox Pollution" (7'' sinql)
  • 1973 – Space Ritual
  • 1974 – Hall of the Mountain Grill
  • 1974 – "Psychedelic Warlords" / "It's So Easy" (7'' sinql)
  • 1975 – "Kings of Speed" / "Motorhead" (7'' sinql)
  • 1975 – Warrior on the Edge of Time
  • 1983 – The Weird Tapes (canlı, 1967–1982)
  • 1984 – The Earth Ritual Preview EP
  • 1985 – Bring Me the Head of Yuri Gagarin (canlı 1973)
  • 1985 – Space Ritual#Volume 2 (canlı 1972)
  • 1986 – Hawkwind Anthology (canlı, 1967–1982)
  • 1991 – BBC Radio 1 canlı in Concert (canlı 1972)
  • 1992 – The Friday Rock Show Sessions (canlı 1986)
  • 1997 – The 1999 Party (canlı 1974)

Robert Calvert's band[redaktə | mənbəni redaktə et]

  • 1974 – "Ejection" / "Catch a Falling Starfighter" (7'' sinql)
  • 1974 – Captain Lockheed and the Starfighters
  • 1980 – "Lord of the Hornets" / "The Greenfly and the Rose" (7'' sinql)

Digər proyektlər[redaktə | mənbəni redaktə et]

1990 – Lemmy & The Upsetters – Blue Suede Shoes

2000 – Lemmy, Slim Jim & Danny B – Lemmy, Slim Jim & Danny B

2006 – The Head Cat – Fool's Paradise

2006 – The Head Cat – Rockin' the Cat Club: canlı from the Sunset Strip

2006 – Lemmy – Damage Case

2007 – Keli Raven & Lemmy Kilmister "Bad Boyz 4 Life" (sinql).

2011 – The Head Cat – Walk The Walk… Talk The Talk

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Classic interview: Lemmy - 'Never go camping with a one armed man'". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  2. 1 2 3 Clerk, Carol - The Saga of Hawkwind. Omnibus Press, 2004. səh. 546. ISBN 1-84449-101-3.
  3. Paul Trynka. (2004). The Beatles 10 Years That Shook The World. Dorling Kindersley/Mojo. səh. 59. ISBN 0-7566-0670-5.
  4. Kilmister, Lemmy (2012). White Line Fever: Lemmy: The Autobiography. Simon and Schuster. ISBN 978-1-471-11271-3. səh.71
  5. "Lemmy dies, aged 70 Arxivləşdirilib 2015-12-29 at the Wayback Machine". Songwriting Magazine. 29 December 2015. Retrieved 31 December 2015.
  6. "Rəsmi Motörhead bioqrafiyası". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  7. "Motörhead bitdi - Mickey Dee". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  8. "Airheads - iMDB". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  9. "Treyler haqqında xəbər". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  10. "Game Database - Motörhead". 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  11. ""Guitar Hero Metallica Will Feature Lemmy!"". 2014-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  12. "Lemmi - İntervyu". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  13. ""I Drink a Bottle of Jack a Day"". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  14. "Motorhead Lemmy Kilmister Makes Maxim's Top 10 List of "Living Legends of Sex"". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  15. Motorhead Videobiography (Double DVD ) Edgehill Publishing Ltd., İyun 2007 ISBN 978-1-905954-38-4
  16. ""MOTÖRHEAD's LEMMY Tells Welsh Assembly: Legalize Heroin"". 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  17. "Motorhead Frontman Lemmy Dies at 70". 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.