Latviya mədəniyyəti — Vikipediya

Latviyanın mədəniyyəti ənənəvi Latviya və Livon tarixi irsini özündə əks etdirir.

Mədəniyyət sahəsi[redaktə | mənbəni redaktə et]

Müasir Latviya ərazisi bir sıra mədəni və tarixi bölgələrə bölünür, bunlara Kurzeme, Latqale, VidzemeZemqaledir daxildir. Zemqale tərkibində, onlar bəzən ölkənin Konstitusiyasında nəzərdə tutulmayan başqa bir bölgəni də seçirlər ki, bu da Seliya adlanır. Hər bir tarixi və mədəni region xalq kostyumu, rituallar, mahnılar və s. kimi öz ənənələri ilə fərqlənir.[1]

Latviya ədəbiyyatı[redaktə | mənbəni redaktə et]

Latviyada yazılı dilin ortaya çıxmasından əvvəl, Latviya xalqının ənənələri əsasən xalq mahnıları ilə günümüzə qədər ötürülmüşdür. Latviya ədəbiyyatı yalnız 19-cu əsrdə, Yuris Alunan "Mahnılar" (1856) milli yazılı şeirinin ilk nəşrindən sonra inkişaf etməyə başladı. XX əsrin əvvəllərində, almanrus ədəbiyyatının təsiri sayəsində, Latviya ədəbiyyatında bir çox fərqli ədəbi istiqamətlər ortaya çıxdı: Simvolizm, Dekadentçilik və s. Müasir Latviya ədəbiyyatında insanın daxili dünyasının açıqlanmasına, kəskin həyat münaqişələrinin təhlilinə çox diqqət yetirilir. Şeir çox inkişaf etmişdir.[2] [3]

Arxitektura[redaktə | mənbəni redaktə et]

1848 - ci ildə yaradılmış yaşayış evi, Latviyanın etnoqrafik açıq hava muzeyi

Latviyalılar, ölkədəki çox sayda meşə sahələrinin yayılması səbəbindən taxta evlər qurmağı üstün tuturdular. Həm kənd evləri, həm də qalalar (məsələn, Arayşi qalası) tamamilə ağacdan tikilmişdir və yalnız sonralar xaricilər tərəfindən kərpicləmə tətbiq edilmişdir. Riqanın yaxşı qorunub saxlanılan tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.[4]

Latviya musiqisi[redaktə | mənbəni redaktə et]

Latviya musiqisi uzun bir ənənəyə malikdir və xalq musiqisindən müasir akademik və məşhur musiqi sahəsinə qədər müxtəlif janrları əhatə edir. Xristianların (XIII əsr) müasir Latviya ərazisini fəth etdiyi dövrdə bu bölgənin musiqi mədəniyyəti əsasən milli olmuşdur. XVII-XIX əsrlərdə Latviyanın musiqili həyatı Avropa mədəniyyəti ilə sıx bağlı idi. Latviya Milli Musiqi Məktəbi XIX əsrin ikinci yarısında formalaşmağa başladı. 19-cu əsrdə Latviyada musiqi təhsili yalnız seminariyalarda və bir neçə musiqi məktəbində mövcud idi və tam təhsil almaq üçün musiqiçilər qərb ölkələrinə və ya Sankt-Peterburqa getmək məcburiyyətində qalırdı. XX əsrdə Latviya musiqi mədəniyyətinin sürətli inkişafı başlayır: teatrlar, opera evləri, musiqi akademiyaları və filarmoniya cəmiyyətləri yaradılırdı. Müasir Latviya Avropa musiqi mədəniyyətinin əsas mərkəzidir. Riqa və digər şəhərlərdə əsasən dünya musiqiçilərinin konsertləri, beynəlxalq musiqi yarışmaları və festivallar təşkil olunur, ən məşhurları Yurmala və Siqulda keçirilir.[5]

Latviya Milli Operası

Latviya teatrı[redaktə | mənbəni redaktə et]

İlk professional Latviyalı dramaturq Adolf Alunan idi, onun ilk premyerası 1869-cu ildə baş vermişdir. Başlanğıcda, Latviya teatrına hiperbolik ifadəli jestləri və üz ifadələri ilə Alman məktəbi təsir edmişdi.

XIX əsrin sonu XX əsrin əvvəllərində ən məşhur yazıçıları Rudolf Blaumanis, Rainis və Aspaziya idi. Öz əsərlərində mifoloji simvollar və səhnələrin süjeti ilə xalqın tarixi anlarını təsvir etmişlər. Aspaziya pyeslərində ilk dəfə qadınların hüquqları və azadlıqları haqqında manifestlər səsləndirdi. Lakin həmin dövrdə, Avropada qadınlar tərəfindən yazılmış əsərlər dəstək almırdı. İkinci Dünya müharibəsindən sonra Latviya teatrı Sovet hakimiyyətinin nəzarəti altında və ideoloji təzyiqinə məruz qaldı. 1960-cı illərdə Latviya teatrı daha çox yönlü olmuşdur, rejissorların siyahısı gənc istedadlı yaradıcı işçilərlə zənginləşmişdi. Bunlar arasında Alfreds Yaunuşans (Riqa) və Olqert Kroders (Valmiera ) var idi. 1980-ci illərdə Mara Kimele, Adolf Şapiro və Karlis Auşkaps yeni tendensiyaların inkişafına imza atdılar. [6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Latvia - Language, Culture, Customs and Etiquette". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  2. "Latvian literature". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  3. "Introduction to Latvian literature". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  4. "Traditional Latvian Wooden Architecture". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  5. "Latvia's Musical History: Both Ancient And Kind Of New". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  6. "Eastern European Theater After the Iron Curtain". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]