Laterit — Vikipediya

Laterit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur.[1]

Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır.

Laterit torpaqlar[redaktə | mənbəni redaktə et]

Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir. Dar mənada isə profildə laterit horizonta aid edilir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Quliyev İ.Ə.Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014.