Lamu — Vikipediya

Lamu
Lamu
2°16′07″ c. e. 40°54′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 0,37 km²
  • 15,6 ha
  • 1.200 ha
Mərkəzin hündürlüyü 15 m
Əhalisi
Əhalisi
  • 18.382 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 80500
Digər
Rəsmi adıLamu Old Town
TipiMədəni
Kriteriya(ii), (iv), (vi)
Tarixi2001 (25-ci sessiya)
İstinad nöm.1055
ÖlkəKeniya Keniya
RegionAfrika
Lamu xəritədə
Lamu
Lamu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


LamuKeniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var.

Tarix[redaktə | mənbəni redaktə et]

Erkən tarix[redaktə | mənbəni redaktə et]

Şəhərin əsl adı Amudur[1] və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər.

Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir.[2]

Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır.[3]

Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.

1506-cı ildə Portuqaliya donanması Lamunu mühasirəyə almaq üçün bir gəmi göndərdi və bir neçə gün sonra donanma şəhər başçısını illik 600 metikal dəyərində xərac ödəməyə razı olmağa məcbur etdi.[4] Portuqaliyanın bu hərəkəti, Hindistanın Okean sahili boyunca ticarətə nəzarət etmək üçün müvəffəqiyyətli missiyasına səbəb oldu. Portuqaliya xeyli müddət Şərqi Afrika sahilləri boyunca nəqliyyatda inhisar əldə etdi və əvvəllər də mövcud olan yerli ticarət yollarına ixrac vergisi tətbiq etdi. 1580-ci illərdə türk basqınları ilə Lamuda portuqallara qarşı üsyan baş qaldırdı. 1652-ci ildə Oman Lamuya Portuqaliyanın idarəçiliyinə müqavimət göstərmək üçün kömək etdi.[5]

"Qızıl dövr"[redaktə | mənbəni redaktə et]

Lamunun 17-ci əsrin sonundan 19-cu əsrin əvvəllərinə qədər, Omanın qoruması altında olduğu illər şəhərin qızıl dövrü adlanır. Lamu, ərazini şəhərdəki saraydan idarə edən və Yumbe kimi tanınan ağsaqqallar məclisinin rəhbərliyi altında bir respublika olaraq idarə edilirdi.[6] Bu dövrdə Lamu poeziya, siyasət, incəsənət və sənətkarlıq, eyni zamanda ticarət mərkəzinə çevrildi. Şəhərin bu dövrə aid bir çox binaları fərqli bir klassik üslubda tikilmişdir.[6] İnkişaf edən incəsənət, sənətkarlıq və ticarətlə birlikdə, Lamu ədəbi və tədris mərkəzinə çevrildi.

1812-ci ildə arxipelaq Pete və Mazruinin birləşmiş ordusu tərəfindən hücuma məruz qaldılar. Onlar Lamunu ələ keçirmək və tikilməyə başlanan qalanı tamamlamaq istəyərək sahilə çıxdılar, lakin qaçmaq istəyərkən sahildəki qayıqlarında yerli sakinlər tərəfindən şiddətli müqavimət gördülər.[6] Gələcək hücumlardan qorxan Lamu, omanlılara yeni qalada işləmək və ərazini Keniya sahili boyunca Mazrui üsyançılarından qorumaq üçün kömək istədi.[6]

Dənizkənarı[ölü keçid] mənzərə, Lamu şəhəri

Müstəmləkə dövrü[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarında Lamu Zanzibar sultanın siyasi təsiri altına düşdü. Bu dövrdə, 1885-ci ilin iyununda almanlar Lamunun da daxil olduğu Vitu sultanlığı üzərində hakimiyyəti iddia etdilər.[7] Almanlar Lamunu strateji əhəmiyyətinə görə və bir baza üçün ideal bir yer hesab edirdilər.[8] 22 Noyabr 1888 - 3 Mart 1891 tarixlərində Lamu şəhərində Alman protektoratı daxilində əlaqəni asanlaşdırmaq üçün bir alman poçt şöbəsi mövcud idi. Bu Şərqi Afrika sahillərində qurulan ilk poçt şöbəsi idi və bu gün Lamuda ona həsr olunmuş bir muzey, Alman poçt şöbəsi muzeyi var.[9] 1890-cı ildə Lamu və Keniya Heliqoland-Zanzibar müqaviləsinin şərtləri ilə Britaniyanın müstəmləkə hakimiyyəti altına düşdü. Keniya 1963-cü ildə siyasi müstəqillik qazandı. Lakin Keniyanın mərkəzi hökumətinin təsiri hələ də aşağı qalıb və Lamu müəyyən dərəcədə yerli muxtariyyətdən istifadə etməyə davam edir.

Müasir Lamu[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Qlobal İrs Fondu Yox olan irsimizi xilas etmək adlı hesabatında Lamunu əsas səbəblər kimi qeyri-kafi idarəetmə və inkişaf təzyiqlərini əsas gətirərək, düzəldilməz itki və zərərin ən çox astanasında olan dünyanın 12 ərazisindən biri olaraq qeyd etmişdir.[10]

2011-ci ilin sentyabr ayında Əş-Şəbab terror qruplaşması Lamuda yaşayışı həddindən artıq məhdudlaşdırmış olsa da, ada 2012-ci ilin əvvəlinə qədər təhlükəsiz hesab edildi. 4 aprel 2012-ci ildə ABŞ Dövlət Departamenti Lamuya səyahət məhdudiyyətini ləğv etdi.[11] Bununla birlikdə, 2014-cü ilin iyul ayında Lamu yaxınlığında əş-Şəbabın məsuliyyət daşıdığı iki hücum 29 nəfərin ölümünə səbəb oldu.[12]

İqlim[redaktə | mənbəni redaktə et]

Lamuda tropik quru savanna iqlimi hakimdir.

Lamunun iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 30,9 31,3 32,1 31,1 29,0 28,0 27,4 27,5 28,3 29,5 30,8 31,2 29,8
Minimum orta, °C 24,5 24,7 25,5 25,6 24,5 23,7 23,2 23,1 23,5 24,3 24,6 24,6 24,3
Yağıntı norması, mm 6 4 25 130 329 164 75 40 39 40 39 28 919
Mənbə: Ümumdünya Meteorologiya Təşkilatı[13]


İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Sahildə[ölü keçid] fəaliyyət

Lamu iqtisadiyyatı 1907-ci ildə ləğv olunana qədər qul ticarəti üzərində qurulmuşdu.[14] Digər ənənəvi ixracata Hind okeanı vasitəsilə Yaxın Şərq və Hindistana göndərilən fil dişi, manqrov, tısbağa qabığı və kərgədan buynuzu da daxil idi. Köləliyin ləğvi ilə yanaşı, 1901-ci ildə Uqanda dəmir yolunun (rəqib Mombasa limanından başlayan) inşası Lamu iqtisadiyyatına ciddi maneə törətdi.

Turizm son dövrlərdə yerli iqtisadiyyata tədricən təkan vermişdir və bura, piyada səyahətçilər üçün məşhur yerdir. Yerli insanların bir çoxu turistlərə Day adlı ənənəvi yelkənli qayıq səfərləri verməkdə iştirak edirlər.[6] Harambi prospekti mətbəxi ilə məşhurdur. Burada gecə miniatur qoyun kababları, tortlar satan mağazalar və halva dükanları da daxil olmaqla bir sıra mağaza var.[6] Hind qozu, manqo, qreypfrut və omar və yengəc kimi dəniz məhsulları bölgə üçün xarakterik məhsullardır.[6]

Manqrov gəmi dirəklərinin hazırlanmasında istifadə edilir və Lamu, qayıq istehsalında iştirak edən və dekorativ qapı və mebel hazırlayan dülgərlər də daxil olmaqla böyük bir sənətkar cəmiyyətinə malikdir.[2]

Qəsəbədə əsas mərkəzin cənubundakı, Səhiyyə Nazirliyi tərəfindən idarə olunan Lamu Rayon Xəstəxanası xidmət edir. Bina 1980-ci illərdə qurulmuşdur[15] və Keniya sahillərində ən yaxşı təchiz olunmuş xəstəxanalardandır.[16]

Çin, Lamunun Şərqi Afrikadakı ən böyük limana çevrilməsi üçün texniki-iqtisadi əsaslandırmaya başlamışdır.[17]

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

Riyadha[ölü keçid] məscidi

Şəhər 14-cü əsrdə qurulmuşdur və burada suahili memarlığının çoxsaylı gözəl nümunələri vardır. Köhnə şəhər Ümumdünya irsinə "Şərqi Afrikadakı ən qədim və ən yaxşı qorunan suahili yaşayış məntəqəsi" olaraq yazılmışdır.

Bir zamanlar qul ticarəti mərkəzi olan Lamu əhalisi etnik baxımdan müxtəlifdir. Lamu əsas ərəb ticarət yolları üzərində yerləşirdi və nəticədə əhali əsasən Müsəlmandır.[6]

Adada Lamu Muzeyi də daxil olmaqla bir neçə muzey var və bunların əksəriyyəti suahili mədəniyyətinə və yerli poçt xidmətinə həsr olunmuşdur. Lamu şəhərindəki görkəmli binalara aşağıdakılar daxildir:

Lamu[ölü keçid] qalası

Lamu qalası[redaktə | mənbəni redaktə et]

Pate adasının sultanı Fumo Madi ibn-Abu Bəkr, populyar olmayan hökumət üzvlərini qorumaq üçün dəniz sahilində qala qurmağa başladı. Lakin o, qalanın birinci mərtəbəsi bitmədən 1809-cu ildə vəfat etdi. Lamu qalası 1820-ci illərin əvvəllərində tamamlanmışdır.

Riyadha məscidi[redaktə | mənbəni redaktə et]

Yəmənin Həzrəmövt şəhəri ilə ailə əlaqələri olan Şərif Həbib Salih, 1880-ci illərdə Lamuya yerləşdi və hörmətli bir din müəllimi oldu. Həbib Saleh ətrafına tələbələr toplamaqda böyük bir müvəffəqiyyət qazandı və 1900-cü ildə Riyadha Məscidi inşa edildi.[18] 1935-ci ildə ölümündən sonra oğulları Şərqi Afrikadakı ən məşhur dini mərkəzlərdən biri olan mədrəsəni davam etdirdilər. Məscid hər il Məhəmməd peyğəmbərin anadan olduğu ayın son həftəsində keçirilən Mövlud bayramı üçün mərkəzdir. Bu festival zamanı Sudan, Konqo, Uqanda, ZanzibarTanzaniyadan olan zəvvarlar Məhəmmədi tərifləmək üçün yerli insanlara qoşulurlar.

Eşşək sığınacağı[redaktə | mənbəni redaktə et]

Adada motorlu nəqliyyat vasitələri olmadığından, nəqliyyat və digər ağır işlər eşşəklərin köməyi ilə görülür. Adada 3000-ə yaxın eşşək var.[8] İngiltərəli doktor Elisabet Svendsen ilk dəfə 1985-ci ildə Lamunu ziyarət etdi. Eşşəklər üçün şəraitdən narahat olunduğundan 1987-ci ildə sığınacaq açıldı.[6] sığənacaq bütün eşşəkləri pulsuz müalicə il təmin edir.

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

Lamu, yanvar və ya fevral aylarında Məhəmmədin doğum gününü qeyd edən Mövlud bayramının evidir. Burada eşşək yarışlarından day- yelkənli qayıq yarışları və üzgüçülük yarışlarına qədər bir sıra fəaliyyət yer alır.[19] Mart / aprel aylarında ən yaxşı eşşəklərə hədiyyələr verilən Eşşək mükafatları keçirilir. [20] Şəhərdəki qadın musiqisi olan çakaça da olduqca diqqətəlayiqdir və onlar bunu toy rəqsi ifa edirlər. Kişilər hanzua (qılınc rəqsi) ifa edir və kanzus adlı milli geyimlərini geyinirlər.[21]

Lamu tarixi şəhəri 2001-ci ildə, 3 meyara əsasən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir:

  • Lamu memarlığı və şəhər quruluşu, ənənəvi suahi üsullarından istifadə edərək, Avropadan, ƏrəbistandanHindistandan bir neçə yüz il ərzində bir araya gələn mədəniyyət təsirlərini qrafik şəkildə nümayiş etdirir.
  • Şərqi Afrika sahillərindəki dəniz limanlarının böyüməsi və kiçilməsi və Bantu, ərəb, farsl, hindu və avropalılar arasındakı qarşılıqlı təsir Lamu tarixi şəhərində ən görkəmli ifadəsini tapan, bölgə tarixində əhəmiyyətli bir mədəni və iqtisadi mərhələni təmsil edir.
  • Şəhərin əsas ticarət rolu və alimlər və müəllimlər üçün cəlbediciliyi, Lamuya bu günə qədər qoruduğu əhəmiyyətli bir dini funksiya verdi.[22]

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

Nəqliyyat[ölü keçid] üçün eşşəkdən istifadə edən yerli sakinlər

2011-ci ildə ərazidə suyun dərinliyi baxımından daha böyük tutuma sahib ola biləcəyi, gəmilərin eyni anda gəlməsi və getməsinə görə yaxınlıqdakı Mombasa limanından daha çox gəmi sayı və əlverişli şəraitə malik ola biləcəyi düşünülən dərin su limanının yaradılması təklifləri irəli sürüldü.[23]

Məşhur mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Xristian müğənni Mixael V. Smitin "Lamu" mahnısı[24] adanın adından ilhamlanılmışdır. Smit mahnıda Lamuya "qaçaq bir ada ... tezliklə həyatımızın dağılması ilə yenidən dünyaya gələcəyimiz yer ... dünyanın hələ də olduğu yer" kimi istinad edir. Mahnı həyatın problemlərindən qaçmaq haqqındadır.

Lamu, Antoni Doerrin eyni adlı hekayələr toplusundan "The Shell Collector" qısa hekayəsinin əsas mövzusudur.

"Malindidəki vəhşi cinsimiz" (Andrey Qusev) romanındakı hadisələrin bir hissəsi Lamuda baş verir.[25][26][27]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Romero, Patricia (1997). Lamu. History, Society, and Family in an East African Port City. Marcus Wiener Publishers, səh. 10
  2. 2,0 2,1 This is Kenya. Struik. 2005. səh. 18. ISBN 978-1-84537-151-7. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  3. Oded, Arye (2000). Islam and Politics in Kenya. Lynne Rienner Publishers, səh. 11
  4. Strandes, Justus (1971). "The Portuguese in East Africa". East African Literature Bureau. səh.66.
  5. Jackson, 2009. səh. 89
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 6,6 6,7 6,8 Trillo, 2002
  7. McIntyre, McIntyre, 2013. səh. 22
  8. 8,0 8,1 Fitzpatrick, 2009
  9. "Lamu: German Post Office Historical – Background". National Museums of Kenya. 24 iyun 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  10. "GHF". Global Heritage Fund. 20 avqust 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  11. "Security message and Travel Warning (April 4, 2012) | Embassy of the United States". Nairobi.usembassy.gov. 13 dekabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  12. Akwiri, Joseph. "Gunmen kill at least 29 in latest raids on Kenyan coast". Reuters. 2015-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.
  13. "World Weather Information Service – Lamu". World Meteorological Organization. 25 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2016.
  14. Transafrican Journal of History. East African Publishing House. 1980. səh. 110. 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  15. "THE SAD CASE OF MOKOWE LAMU DISTRICT HOSPITAL". Cmkn.org. 2016-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  16. Fitzpatrick, 2009. səh. 328
  17. "Future Kenya Port Could Mar Pristine Land". The New York Times. 2011-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  18. Briggs, 2010
  19. Bain, Bruyn və Williams, 2010
  20. Parkinson, Phillips və Gourlay, 2006
  21. Senoga-Zake, 1986
  22. Lamu Old Town Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, UNESCO
  23. African Business, may 2011
  24. "Artist, Christian, Worship Leader – Community, News, Tour Dates, Cruise and More". Michael W. Smith. 21 neyabr 2013. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2013.
  25. Review of "Our Wild Sex in Malindi" Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine "Union of writers of Moscow" ictimai fondunun saytında, 2020
  26. “Our Wild Sex in Malindi” Arxivləşdirilib 2020-10-09 at the Wayback Machine, Andrey Qusev, 2020.
  27. «Наш жёсткий секс в Малинди» Arxivləşdirilib 2020-06-09 at the Wayback Machine, Andrey Qusev

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]