Lamiyə Hacı Bəşər — Vikipediya

Lamiyə Hacı Bəşər
Doğum tarixi 1998
Doğum yeri
Fəaliyyəti insan hüquqları fəalı
Fəaliyyət illəri 2014-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir.[2][3] Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir.

Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sakharov prize: Yazidi women win EU freedom prize". www.bbc.co.uk (ingilis). BBC News. 27 oktyabr 2016. 2 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
  2. Kəmali Dəğan, Səid; Qraham-Harrison, Emma. "Yazidi women who escaped from Isis win EU human rights prize" (ingilis). The Guardian. 27 oktyabr 2016. 28 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
  3. 3,0 3,1 "Nadia Murad and Lamiya Aji Bashar winners of 2016 Sakharov Prize". www.europarl.europa.eu (ingilis). European Parliament. 27 oktyabr 2016. 29 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.