Laman (Xaçmaz) — Vikipediya

Laman
41°25′ şm. e. 48°51′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Xaçmaz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Digər
wikipedia.com
Xəritəni göstər/gizlə
Laman xəritədə
Laman
Laman

LamanAzərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd QaraçayCaqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir. Laman kəndi Xaçmaz rayonundan cənub-şərqdə yerləşir. Kənd Bakı-Gəndob-Yalama yolundan təqribən 1 km aralıda yerləşir. Laman kəndi 2 hissədən ibarətdir : Şimali Laman – Ustacəlli və Cənubi Laman. Şimali Lamanı Cənubi Lamandan Qaraçay ayırır.

İstinadlar[redaktə | mənbəni redaktə et]