Ləkərçay — Vikipediya

Ləkərçay
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Uzunluğu 84 km
Hövzəsinin sahəsi 98 km²

Ləkərçay - Lənkərançayın sağ qoludur. LerikLənkəran rayonları ərazisindən axır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən (2000 m) başlayır. Axımı bilavasitə yağış sularından əmələ gəlir. Çayda ən böyük su daşqını payız və qış fəsillərində müşahidə edilir. İllik axımının təxminən 55-60%-i bu fəsillərdə keçir. Ən az su sərfi iyul-avqust aylarında olur.

Ləkərçayın aşağı axımından suvarma işlərində istifadə edilir. Ləkərçay, Ləmərçay da adlanır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]