Lüsi Dakus — Vikipediya

Lüsi Dakus
ing. Lucy Dacus
Dakus 2019-cu ildə Sietlda
Dakus 2019-cu ildə Sietlda
Ümumi məlumatlar
Doğum adı Lucy Elizabeth Dacus[1]
Doğum tarixi (28 yaş)
Doğum yeri Mekaniksvill, ABŞ
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı
Fəaliyyət illəri 2015–ci ildən
Janrlar indi-folk[d], indi-rok
lucydacus.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı No Burden albomu ilə diqqətləri üzərinə çəkdi. Onun ikinci albomu olan Historian 2018-ci ildə müsbət rəylər aldı. Dakusun üçüncü studiya albomu Home Video 2021-ci ildə buraxıldı.

Dakus, Fibi BricersCülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dacus körpə ikən övladlığa götürüldü və Riçmond şəhərinin yaxınlığında olan Virciniya ştatının Mekaniksvill şəhərində böyüdü.[2][3] Özbəkirland əsillidir.[4] Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir.[3][5] Dakus musiqiyə erkən maraq göstərdi və orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən aldı.[2] 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o,[5] Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi.[6][7] Virciniyaya qayıtdıqdan sonra, Richmond Camera-da uşaq məktəb fotoşəkilləri üçün redaktor kimi işə götürüldü.[8] Bu müddət ərzində o, təqribən 30 mahnı yazdı, onlardan doqquzu No Burden albomunun treklistində yer aldı.[6]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Dakus xristian olaraq böyüdü, lakin sonradan dinsiz oldu.[9] O, özünü kuir hesab edir və onun seksuallığına ən yaxın sözün ya biseksual, ya da panseksual olduğunu deyir.[2] Dakus 2019-cu ilin sonlarına qədər Virciniya ştatının Riçmond şəhərində yaşayıb. 2021-ci ilin iyun ayından etibarən o, Filadelfiyada yaşayır.[2]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • No Burden (2016)
  • Historian (2018)
  • Home Video (2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Songwriter/Composer: Dacus Lucy Elizabeth". BMI. July 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 30, 2021.
  2. 1 2 3 4 Bengal, Rebecca. "Lucy Dacus Takes Confessional Songwriting to a New Level". The New York Times. June 21, 2021. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2021.
  3. 1 2 Regensdorf, Laura. "The Wisdom of Lucy Dacus, Body and Soul". Vanity Fair. October 26, 2021. November 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2021.
  4. O'Toole, Lucy. "Lucy Dacus: "I've never taken music classes. I never thought I would do this. And then, suddenly, it was my career..."". Hot Press. June 24, 2021. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2021.
  5. 1 2 Baldwin, Brent. "From Maggie Walker to National Indie Darling, Richmond's Lucy Dacus Makes an Early Mark". Style Weekly (ingilis). 3 May 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2021.
  6. 1 2 Cochrane, Greg. "Lucy Dacus — A songwriter making sense of the most traumatic year of her life". Loud and Quiet. 14 March 2018. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2021.
  7. Scott, Nate. "New Matador signing Lucy Dacus talks her startling debut LP (and why we all need to go to Croatia)". USA Today. 23 June 2016. 15 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2016.
  8. "Musician Lucy Dacus on being true to yourself". The Creative Independent. 19 July 2021. 1 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2021.
  9. Vozick-Levinson, Simon. "Lucy Dacus Remembers Everything". Rolling Stone. May 12, 2021. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]