Kurt Hödel — Vikipediya

Kurt Hödel
alm. Kurt Friedrich Gödel
Doğum adı Kurt Friedrich Gödel
Doğum tarixi 28 aprel 1906(1906-04-28)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1978(1978-01-14)[4][2][…] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Prinston qəbiristanlığı[d][9]
Elm sahələri çoxluqlar nəzəriyyəsi, riyazi məntiq[1], analitik fəlsəfə, riyaziyyat[1], fizika[1], nisbilik nəzəriyyəsi[1], məntiq[1], fəlsəfə[1], Riyaziyyat fəlsəfəsi[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kurt Hödel (alm. Kurt Friedrich Gödel‎; 28 aprel 1906[2][3][…], Brno, Sisleytaniya[6][7]14 yanvar 1978[4][2][…], Prinstom, Nyu-Cersi[8]) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir[10].

ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır.

Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi.

1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi[11]. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.

Üşaq vaxtlarından xarici dilləri öyrənməkdə bacarığı özünü aşkar büruzə vermişdi. Belə ki, artıq gənc yaşlarında öz doğma ana dili olan Alman dilindən başqa, İngilis və Fransız dillərində sərbəst danışmağı bacarırdı. 1923-cü ildə məktəbi bitirən Kurt Vyana Universitetinə daxil olur. Universitetdə 2 il fizika öyrəndikdən sonra riyaziyyat öyrənməyə keçmişdir.

1938-ci ildə Amerikaya gəlmişdir. 1948-ci ildən Amerikan vətəndaşı olmuşdur. 1953-cü ildə Princeton Universitetində professor olmuşdur. "Principia Mathematica"nın "Bənzəri sistemlərin formal hökmə bağlana bilməyən mülahizələri barədə" məqalələr yazmışdır. Burada, o, iki teoremin müəllifidir. Bu mülahizələrə görə, arifmetika xətasız ola bilməz. Çünki, xətasızlıq bu sistemdə qərarsızlığa yol açan bir mülahizədir. Müasir məntiq nəzəriyyəsinin qurucusudur.

1978-ci ildə həyat yoldaşının xəstəxanaya aparılmasından sonra başqası tərəfindən hazırlanan yeməkləri yeməkdən imtina etmiş və aclıqdan ölmüşdür.[12]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 Kurt Gödel // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 NNDB (ing.). 2002.
  6. 1 2 The Fine Art Archive. 2003.
  7. 1 2 Vědecká knihovna v Olomouci Kurt Gödel // REGO (çeş.).
  8. 1 2 Deutsche Nationalbibliothek Record #11869569X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  9. http://www.cemeteryregister.com/search.asp?id=NJ_PRINCETON.
  10. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607
  11. Gödel, Kurt. Collected works. Feferman, Solomon. Oxford. 1986. 37. ISBN 0-19-503964-5. OCLC 12371326. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  12. "Gödel's universe". Nature (ingiliscə). 2005. İstifadə tarixi: 9 may 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]