Kurort — Vikipediya

Bavariya Dövlət kurortu- Bad Kissinqen

Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir.

Növləri[redaktə | mənbəni redaktə et]

Balneoterapia[redaktə | mənbəni redaktə et]

Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur.Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur.

Palçıq[redaktə | mənbəni redaktə et]

Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur.

İqlim[redaktə | mənbəni redaktə et]

Bu cür kurortlarda üstünlük iqlimə verilir. Burada aeroterapiya, helioterapiya, talassoterapiya aparma mümkündür.

Kumıs[redaktə | mənbəni redaktə et]

Kumis müalicəvi kurortlarında müalicə keyfiyyətli hazırlanmış kumısa əsaslanır.