Kuban çayı — Vikipediya

Kuban çayı
qaraç.-balk. Къобан, q.yun. ‛Ύπανις, lat. Hypanis, Vardanes, kab.-çərk. Псыжъ
Krasnodar ərazisində Kuban çayı
Krasnodar ərazisində Kuban çayı
Ölkə  Rusiya
Mənbəyi Üçkulan çayı
 • Yüksəkliyi 1339 m
Mənsəbi Temrük
 • Yüksəkliyi 0 m
Uzunluğu 870 km
Su sərfi 425 m³/san
Su sistemi Kuban çayı/Azov dənizi
Su hövzəsi Azov dənizi
Hövzəsinin sahəsi 57 900 km²
DSR[ru] 06020000112108000001090
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuban çayıŞimali Qafqazın Qaraçay-ÇerkesiyaAdıqe respublikaları, StavropolKrasnodar diyarları ərazisindən axan çay.

Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m. Çayın suyu çox bulanıqdır. Çay Azov dənizinə 8 mln. ton lil və 3 mln. ton əridilmiş duzlar gətirir. Suyun minerallaşması yuxarı axarında aşağıdır(50-200 mq/l), orta və aşağı axarında (200-350 mq/l). Sərt lil hesabına Kubanın 4300 kv.km sahəsi olan mənsəbi yaranıb. Bu ərazilərdə əsasən qamışlıqlar və limanlar çoxdur. Kubanın qidalanması qarışıqdır - qar-buzlaq, yağış və qruntdan. Axımı əsasən yayda olur, daşqın vaxtı. Suyun səviyəsi və məsrəfi il ərzində xeyli tərəddüd edir. Buzlaşması 1-3 aydır. Kuban - alp, dağ-meşə, meşə-çöl və çöl zonalardan axır. Yuxarı axarında, dar dağ dərələrindən sürətlə axan tipik dağ çayıdır. Orta və xüsusən aşağı axarında bir neçə terassalı geniş vadisi var. Burada çayın çoxsaylı əyri döngələri olduğuna görə çay öz sahilini sürətlə yuyub aparır. Kubanın hövzəsi simmetrik deyil, demək olar ki bütün qolları sol tayındadı. Əsas qolları(yuxarılardan başlayaraq) - Teberda, Malıy(Kiçik) Zelençuk, Bolşoy(Böyük) Zelençuk, Urub, Laba, Belaya(Ağ), Pşiş, Psekups, Afips.

Kuban çayının və onun qollarının axımının tənzimlənməsi üçün hövzəsində su anbarları var: Tşikskoye, Şapsuqskoye, Varnavinskoye, Krükovskoye, Oktyabrskoye, Şendjiyskoye. Kubanın özündə tutumu 3,1 mlrd. kub/m olan Fedorovskiy su qovşağı və Kranodar su anbarı tikilib. Kubanın suları Stavropol və Krasnodar diyarlarının suvarılması üçün (Kuban-Eqorlık, Kuban çəltik və Petrov-Anastasiyev suvarma sistemləri) istifadə olunur. Kuban 300 km məsafədə gəmiçilik üçün yararlıdır. Zəngin balıq ehtiyatı var(nərə, sterləd, ağ balıq, şemaya, yayın). Kubanın qollarında bir sıra su elektrik stansiyası tikilib. Çayın sahilində, Krasnodar diyarı daxilində bir sıra yaşayış məntəqəsi var: Armavir, Kropotkin, Üst-Labinsk, Krasnodar, Temrük və başqaları.

Mənbə[redaktə | mənbəni redaktə et]