Kris Kornell — Vikipediya

Kris Kornell
ing. Christopher John Cornell Boyle
Ümumi məlumatlar
Doğum adı Christopher John Boyle[4]
Doğum tarixi 20 iyul 1964(1964-07-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 may 2017(2017-05-18)[3] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti gitaraçı, müğənni-mahnı yazarı, müğənni, banjoist[d], musiqiçi, mahnı müəllifi[d], bəstəkar, pianoçu, musiqi prodüseri
Fəaliyyət illəri 1984–2017
Janrlar rok, alternativ rok[7], hard-rok, qranj, alternativ metal, ənənəvi hevi-metal[d], R&B, psixodelik musiqi[d], pop musiqisi
Musiqi alətləri gitara[7], skripka, zərb qurğusu[d], bas-gitara, Mandolina, piano
Səs tembri bariton
Albom şirkətləri Republic Records
Üzvlüyü
İmzanın şəkli
chriscornell.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kris Kornell (ing. Chris Cornell; 20 iyul, 1964 – 18 may, 2017) — amerikalı musiqiçi, bəstəkar. "Audioslave", "Soundgarden" qruplarının vokalisti.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Kris Kornell 20 iyul, 1964-cü ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində doğulub. Altı uşaqlı ailənin övladı olan Kris qonşusunun evindən tapdığı "Beatles" qrupunun mahnılarını dinlədikdən sonra musiqiyə həvəsi yaranmışdı. Məktəb illərində bir çox problemlərlə üzləşən Kris 12 yaşından etibarən alkoqol, marixuana, LSD kimi bir sıra zərərli maddələrdən istifadə etmiş və bu vərdişini musiqiyə başladığı 16 yaşına qədər davam etdirmişdi.

1980-ci illərdə "The Shemps" adlı qrupda iştirak etmiş, qrup dağıldıqdan sonra isə həmin qrupun bas gitaraçısı Hiro Yamamoto ilə oxumağa davam etdi. Bir müddət sonra onlara qrupun gitaraçısı Kim Tayil da qoşuldu.

Musiqi kariyerası[redaktə | mənbəni redaktə et]

1984–1997; 2010–2017: Soundgarden Soundgarden qrupu 1984-cü ildə Kornell, Yamamoto və Tayil tərəfindən qurulmuşdu. İlk olaraq qrupda Kornell həm barabançı, həm də mahnıları ifa edirdi. Daha sonradan isə qrupa barabançı kimi Skott Sandkvist qoşuldu və bundan sonra Kris ifalarına daha çox vaxt ayırmağa başladı. İfaları məşhurluq qazandın sonra bir çox mükafatlar qazanan qrup 1997-ci ildə qrup içindəki problemlərə görə dağılmaq məcburiyyətində qaldı. 2010-cu ildə isə Kris Kornellə birlikdə qrup yenidən quruldu və ifalarına davam etdilər.

2001-2007: Audioslave 2001-ci ildə Kris Kornell Tom Morello, Tim KommerfordBred Vilklə birlikdə "Audioslave" qrupunu yaratdı. Mahnıları ilə olduqca məşhurluq qazanan qrup həm də Kubada konsert verən ilk amerikan qrupu olaraq da tarixə keçmmişdilər.

Bütün bunlardan əlavə Kris Kornell solo olaraq da bir sıra mahnılar ifa etmiş, filmlər üçün musiqilər hazırlamış, həmçinin "Temple of the Dog" adlı qrupla da bir sıra çıxışlar etmişdi.

Ölümü[redaktə | mənbəni redaktə et]

Kris Kornell həyatının böyük bir hissəsində depressiyadan və narkotik, alkoqol aludəçiliyi kimi bir sıra problemlərdən əziyyət çəkirdi. Xüsusilə, evliliyin uğursuz olduğu və “Soundgarden” qrupunun dağıldığı illərdə ağır depressiyadan əziyyət çəkmiş və ümidsizliyə qapılmışdı. Hər nə qədər bu depressiyaların öhdəsindən gəlsə də, yenə də tam şəkildə xilas olmağı bacarmamışdı. Belə ki, o, 2017-ci ilin 8 mayında Detroytda qrupu ilə birgə çıxış etdikdən iki saat sonra öz otel otağında özünü asaraq intihar etmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.letemps.ch/culture/2017/05/18/chris-cornell-chanteur-soundgarden-decede.
  2. Chris Cornell // Encyclopaedia Metallum. 2002.
  3. http://www.autopsyfiles.org/reports/Celebs/cornell,%20chris_report.pdf.
  4. http://www.rollingstone.com/music/news/soundgardens-chris-cornell-dead-at-52-w482882.
  5. http://www.rollingstone.fr/chris-cornell-1964-2017/.
  6. 1 2 Le Monde (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 1944. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  7. 1 2 Montreux Jazz Festival Database.