Krım qotları — Vikipediya

Krım qotları
Broş və tokalar, III-VI əsrlər, Kerç, Krım (üst)
XV əsr Krım qot coğrafiyası (alt)
Dili

Krım qot dili

İrqi
avropoid
Dini

Xristianlıq

Mənşəyi
Qotlar
Qohum xalqlar

German xalqları


Krım qotlarıQara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir.

V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.