Krılovski rayonu — Vikipediya

Krılovski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

46°20′ şm. e. 39°58′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 dekabr 1934
Sahəsi
  • 1.363,3 km²
Əhalisi
Əhalisi
  • 35.604 nəf. (1 yanvar 2018)[3]
Rəsmi sayt
Krılovski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krılovski rayonu (rus. Крыловский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Krılovskaya kəndidir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Rayonun ərazisi 136.3 min hektardır, bu rayon ərazisinin təqribən 2% -ni təşkil edir. Rayonun şimaldan cənuba uzunluğu 43 km, qərbdən şərqə isə 54 km-dir. Krılovski rayonu Rostov vilayəti, Leninqradski, Kuşçevski, Pavlovski və Novopokrovski rayonları ilə həmsərhəddir.

Krılovski rayonunun iqlimi kontinentaldır, minimum temperaturu -34 ° C-ə enə bilər, maksimal temperatur +41 ° C-ə qədər yüksəlir. Orta illik yağıntının miqdarı 532 mm-dir. Yağıntının miqdarına görə bölgənin ərazisi kifayət qədər rütubətli zonaya aiddir.

Krılovski rayonunun hidraqrafik şəbəkəsi aşağıdakı çaylar ilə təmsil olunur: Eya, Vesyolaya və Ploskaya. Çaylarda su minerallaşır, bu da sistemli suvarma üçün onu yararsız hala gətirir.

Tarix[redaktə | mənbəni redaktə et]

Mərkəzi Yekaterinovskaya kəndi olan Krılovski rayonu, Kuşçevski və Pavlovski rayonlarının bölüşdürülməsi ilə əlaqədar Azov-Qara dəniz diyarının tərkib hissəsi olaraq, 31 dekabr 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə qurulur.

Əvvəlcə rayonda 10 kənd məclisi var idi: Belıy, Yekaterinovski, İrinovski, Kuqoyski, Neyqefmanski, Novomixailovski, Novopaşkovski, Novoserqiyevski, Oktyabrski, Rosentalski.

13 sentyabr 1937-ci ildən etibarən Krılovski rayonu Krasnodar diyarının bir hissəsi olur.

22 avqust 1953-cü ildə ləğv edilmiş Kalnibolotski rayonunun Nezamaevski və Şevçenkovski kənd sovetlikləri Krılovski rayonuna birləşdirilir.

11 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Pavlovski kənd rayonuna daxil olur.

5 aprel 1978-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Kuşlovski və Pavlovski rayonlarının ərazilərinin bir hissəsi hesabına Krılovski rayonu yenidən bərpa edilir.

1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir. Kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.

2005-ci ildə rayonda 6 inzibati vahidlik qurulur.

Əhali[redaktə | mənbəni redaktə et]

1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 37 336 nəfər təşkil etmişdir. Bunların hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 47,0 %, qadınlar 53,0 % təşkil edir. Ümumi əhalinin 22095 (59,2 %) nəfəri əmək qabiliyyətli insanlar, 21,8 %-i pensiyaçılardır[4].

Milli tərkib

Rayonda 40 millətion nümayəndəsi yaşayır. Əhalinin əsas hissəsini ruslar təşkil edir.

İnzibati-ətazi vahidləri[redaktə | mənbəni redaktə et]

Krılovski rayonunda 6 kənd inzivati vahidliyinə 30 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Krılovski rayonu aqrar bir bölgədir. İqtisadiyyatın kənd təsərrüfatı sektoru 41 müəssisə və 518 kəndli təsərrüfatı ilə təmsil olunur. Sənaye əsasən yeyinti sənayesi ilə təmsil olunur. Demək olar ki, bütün sənaye emal müəssisələri üzərində qurulmuşdur.

Məhsul və xidmətlərin ən böyük həcmini aşağıdakı qurumlar təmin edir: MMC Velotrans (velosiped zavodu), ASC Lift Krılovski, MMC Tsegla (kərpic zavodu), QSC Krılovskoye (spirtli işki istehsalı), MMC Myasokombinat Yekaterininski. Rayonda orta və kiçik sahibkarlığın möhkəmləndirilməsi və inkişafının sabit tendensiyası mövcuddur. Bələdiyyənin 33 təsərrüfat obyekti Qubernatorun "Keyfiyyət" proqramının iştirakçısıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
  4. "Департамент здравоохранения Краснодарского края, Крыловский район". 2020-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.

Mənbə[redaktə | mənbəni redaktə et]