Kote Maxaradze — Vikipediya

Kote İvanoviç Maxaradze
gürc. კოტე (კონსტანტინე) ივანეს ძე მახარაძე
Doğum adı კოტე მახარაძე
Doğum tarixi 17 noyabr 1926(1926-11-17)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2002(2002-12-19) (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti aktyor, televiziya aparıcısı, teatr pedaqoqu[d], şərhçi
Təhsili
  • Şota Rustaveli adına Tbilisi Teatr İnstitutu[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf" ordeni

Konstantin (Kote) İvanoviç Maxaradze (gürc. კოტე (კონსტანტინე) ივანეს ძე მახარაძე; 17 noyabr 1926, Tiflis19 dekabr 2002, Tbilisi) — məşhur sovet idman şərhçisi, teatr və kino aktyoru. Gürcüstan SSR xalq artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Konstantin Maxaradze 1926-cı il noyabrın 17-də Tiflisdə anadan olub. Uşaq ikən basketbolla məşğul idi. Sonradan futbola keçmişdi. Maxaradze "Dinamo" Tbilisidə gənclər arasında Gürcüstan çempionu olmuşdur.

Kote Maxaradze 1941-ci ildə Tiflis Xoreoqrafiya Məktəbini bitirmişdir. 1944-cü ildə isə orta məktəbdən məzun olub. Tbilisi Dövlət Teatr İnstitutuna daxil olub 1948-ci ildə oranı bitirmişdir. 1948–1970-ci illərdə. Şota Rustaveli teatrının aktyoru olub. 1950-ci ildən — Tbilisi Teatr İnstitutunda müəllim işləmişdir. 1957-ci ildən — Gürcüstan televiziyasında idman şərhçiliyinə başlamışdır. Orada televiziya və radioda futbol matçlarını işıqlandırıb. İki il sonra o, mərkəzi Sovet dövlət televiziyası və radiosunda şərh verməyə başlamışdır. Yüksək peşəkarlıq xüsusiyyəti ilə seçilən Maxaradze Sovet İttifaqının milli futbol komandasını xaricə səfər edərkən müşayiət edirdi. Kote Maxaradze növbəti dörd onillikdə bu dövrün bütün əsas idman oyunlarını və Olimpiya oyunlarını, o cümlədən Tbilisinin "Dinamo" komandasının 1964-cü ildə SSRİ kubokunda və 1981-ci ildə UEFA Kuboklar Kubokunda qazandığı tarixi qələbələri televiziyada şərh etmişdi.[1]

1972-ci ildən isə Kote Marcanişvili adına Tbilisi Akademik Teatrının aktyoru olmuşdur.

1994-cü il Tbilisi Teatr İnstitutunda professor dərəcəsi almışdır. 2001-ci ildə o, ilk gürcü balet festivalı-müsabiqəsi Çabukiani-Balançinenin həm-rejissoru və aparıcısı olmuşdur.

O, 2002-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Gürcüstan və Rusiya futbol yığmaları arasında Tbilisidəki "Lokomotiv" stadionunda elektrik enerjisinin kəsilməsi səbəbindən təxirə salınmış oyundan sonra insult keçirdi.[2] Kote Maxaradze 77 yaşında 19 dekabr 2002-ci ildə Tbilisidə vəfat etmişdir.[3] O, Tbilisidə Didube panteonunun qəbiristanlığında dəfn edilib. Daha sonra onun yanında həyat yoldaşı Sofiko Çiaureli dəfn olunub.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmləri[redaktə | mənbəni redaktə et]

  • 1975 — Artıq var olmadığıma inanmayın
  • 1977 — Səhər dumanı kimi
  • 1982 — Ailə xronikasından iki fəsil
  • 1984 — Tənha Taciri Qazanmaq — Xose
  • 1984 — Eyni toqquşmanın iki versiyası — Carlo Mazzoni, "White Star" tankerinin kapitanı
  • 1984 — Və gözəl bir qələbə anı — şərhçi
  • 1984 — Tövbə — prokuror
  • 1985 — Qarşıdurma — polkovnik Serqo Suxişvili

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mikaberidze, Alexander (ed., 2007). Kote(Constantine) Makharadze Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine Dictionary of Georgian National Biography. Accessed on September 6, 2007.
  2. "Голоса нашего спорта. Пять знаменитых советских телекомментаторов". IncNews (rus). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
  3. Тенгиз Пачкория. Умер Котэ Махарадзе. Скорбим. Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine Газета "Советский спорт" // sovsport.ru (20 декабря 2002 года)
  4. "Котэ Махарадзе / Kote Maharadze ПОКА МЯЧ В ВОЗДУХЕ, КОРОТКО О СОСТАВАХ…'". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.