Kosovoda nəqliyyat — Vikipediya

Kosovo xəritəsi

Kosovoda nəqliyyat (alb. Transporti në Kosovë, serb. Транспорт на Косову, türk. Kosova'da ulaşım) — müstəqilliyi qismən tanınan Kosovo Respublikasında nəqliyyatın vəziyyətinə verilən ad. Bu səbəbdən müəyyən çətinliklər yaşayır. Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etmişdir və dünyanın bir çox ölkələri tərəfindən müstəqil ölkə kimi tanınır. Kosovonun şimala çıxışı yoxdur buna səbəb Serbiyanın onun müstəqilliyini tanımamasıdır. Digər qonşu ölkələr isə onun müstəqilliyini tanıyır və nəqliyyat əlaqəsi qurur. Müstəqillik əldə edildikdən sonra şəhər və hava nəqliyyatının inkişafı istiqamətdə tədbirlər görülmüşdür. Nəqliyyat Kosovo iqtisadiyyatında mühüm rol oynayır.

Avtomobil nəqliyyatı[redaktə | mənbəni redaktə et]

A1 avtomagistralı(Albanoiya-Kosovo)
R7 magistralı

Son illərdə Kosovoda intensiv şəkildə yol tikintisi gerçəkləşdirilir.

Avtomagistral R6 (alb. Autostrada Arbën Xhaferi) hal-hazırda tikinti ərəfəsindədir. E65 Avropa xəttinin bir hissəsini təşkil edir. Regionun ən böyük magistralıdır. Bu xətt Priştinadan Makedoniya sərhəddinə kimi uzanır. Magistralın tikintisinə 2014-cü ildə başlanılmışdır. 2017—2018-ci illərdə bitirilməsi planlaşdırılır.

Avtomagistral R7 (Adətən İbrahim Ruqov avtomagistralı adlanır; alb. Autostrada Ibrahim Rugova) Kosovoda birinci avtomagistraldır. E851 Avropa şossesinin bir hissəsini təşkil edir. Albaniya ilə sərhəddən başlayır və Priştinaya qədər davam edir. Onun tikintisinə 2010-cu ildə başlanılmışdır. 2013-cü ildə tikinti işləri tam başa çatdırılır. Magstralın uzunluğu 101 km, tikintisinə xərclənən pul isə 700 mln €/790 mln $ olmuşdur. Avtomagistral sayəsində Priştina ilə Tirana arasında məsafə 3 saata qədər enmişdir[1]. Bundan sonra Priştina-Mədrəsə istuiqamətindəki yolun inşası davam etdiriləcəkdir.

Hava nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Priştina Hava limanı

Kosovoda 3 hava limanı vardır: Djyakovisa, Batlava-Donya və Slatina. Hava limanlarının hamısı Kosovonu qoruyan Beynəlxalq qüvvələrin köməyi ilə inşa edilmişdir. Gələcəkdə onların mülki və ticari məqsədlər üçün istifadə edilməsi planlaşdırılır[2].

Slatina hava limanı Priştinadan cənub-qərbdə yerləşir. İl ərzində 1,75 mln sərnişin qəbul edir.

Dəmiryolu nəqliyyatı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Kosovoda dəmiryolu
Kosovoda dəmiryolu sistemi

Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska-Mitrovisa istiqamətində olmuşdur. Yol Osmanlı imperiyası dönəmində Salonikidən Skopye və Kosovska-Mitrovisaya uzanır.

Trainkos Kosovoda 430 km dəmir yolunda xidmət göstərir bunun 333 km sərnişin və yükdaşıma ilə əlaqədardır. 97 km isə sırf yükdaşımaya xidmət edir. Kosovanın daxili daşınması aşağıdakı kimidir: Reç-Priştina, Kosovo-Pole və General- Yankoviç, Kosovo-Pole və Qraçanisa. Beynəlxalq daşımalara gəldikdə isə gündə bir dəfə sürətli qatar Priştina-Skopye və geri istiqamətdə hərəkət edir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. KosPress. ""Rruga e Kombit" filloj edhe në Kosovë" (Albanian). KosPress. 2010-06-08. 2010-09-07 tarixində arxivləşdirilib.
  2. "Aktivitetet e Ministrisë së Tregtisë dhe Industrisë: Themelohet Ndërmarrja Publike "Aeroporti i Gjakovës"". Ministria e Tregtisë dhe Industrisë. 2015-02-27 tarixində arxivləşdirilib.
  3. "Hekurudhat". kosovorailway.com. 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.