Kosmik turizm — Vikipediya

Kosmik turist Mark Şattlvort

Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur.[1] Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur.

Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.

Suborbital uçuşlar[redaktə | mənbəni redaktə et]

Heç bir suborbital kosmik turizm hələ meydana gəlməsə də, gələcəkdə kosmik turizmin daha əlverişli olacağı proqnozlaşdırılır.

Layihələr[redaktə | mənbəni redaktə et]

  • Virgin Galactic, milyarder Riçard Bransona aid olan şirkət 2014-cü ildən başlayaraq adambaşı 200 min dollardan həmin gəmidə kosmosa hava reysi açmağı planlaşdırırdı. Lakin, 2014-cü ildə ABŞ-də "Space Ship 2" kosmik turizm raketinin sınaq uçuşu zamanı kosmik gəmi qəzaya uğradı.[2]
  • XCOR Aerospace
  • Armadillo Aerospace
  • EADS Astrium, Avropa Aerokosmik nəhəngi EADS törəmə, 13 iyun 2007-ci il kosmik turizm layihəsini elan edib.

İqtisadi artım[redaktə | mənbəni redaktə et]

ABŞ-nin Delaver Universitetiİtaliyanın Roma şəhərindəki La Sapiens Universitetinin mütəxəssislərinin birgə keçirdiyi tədqiqatın proqnozlarına görə, 2021-ci il üçün artıq dünyada təqribən 21 min nəfərə yaxın adam kosmik səyahətə getmək həvəsində olacaqdır və bunun üçün də zəruri olan bütün vəsaitlərə malik olacaqlar. Bütün bunların cəmi olaraq isə, biznesin bu növü kosmik turizm uçuşlarının təşkilatçılarına ildə 700 milyon dollar pul gətirə bilər.[3]

Araşdırmanın nəticələrinə görə, hal-hazırda yalnız çox az arzu edən insan Beynəlxalq Kosmik Stansiyada iki həftəlik qonaq qalmaq üçün 20 milyon dollar həcmində vəsait ödəyə bilmək iqtidarındadır. Ona görə də bundan daha da cəlbedici variant kimi – suborbital kosmik uçuşlar görünür.[4] Belə ki, belə uçuşlarda iştirak etmək üçün lazım olan biletin qiyməti 80 min dollar həndəvərində ola bilər.[5] Müəyyən edildiyinə görə, turistlər artıq 2010–2015-ci illərdə suborbital uçuşlardan istifadə edə biləcəklər. İlk kosmik mehmanxana isə artıq 2025-ci ildə reallığa çevrilə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bridges, Andrew. "NASA: No Room at the ISS Inn for Mir Cast-offs". Space.com. November 1, 2000. November 9, 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2014.
  2. "İlk kosmik turizm raketi partladı: 1 ölü, 1 yaralı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.
  3. KOSMİK TURİZM [ölü keçid]
  4. "The Economic Impact of Commercial Space Transportation on the U. S Economy in 2009" (PDF). Federal Aviation Administration. September 2010. səh. 11. 2012-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-02.
  5. Virgin Galactic. "NASA and Virgin Galactic select payloads". June 3, 2014. October 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2014.