Koronavirusla Mübarizəyə Dəstək Fondu — Vikipediya

Koronavirusla Mübarizəyə Dəstək Fondu
Ümumi məlumatlar
Təsis tarixi 19 mart, 2020
Baş qərargahın yeri Bakı, Azərbaycan
covid19fund.gov.az/az/

Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır.[1] Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir.[2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır.[3]

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.[3]

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.[3]

Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.

Fondun vəsaitindən koronavirusla mübarizə üçün istifadə istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;
  • Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə;
  • Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;
  • Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
  • Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;
  • Tibb sahəsində mütəxəssislərin hazırlanmasına;
  • Təbliğat və maarifləndirmə işlərinə;
  • Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İanələr[redaktə | mənbəni redaktə et]

İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.[4] Ardınca Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.[5]

Dövlət başçısının ardınca Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edənlərin sayı artıb. Dövlət büdcəsindən ayırmalarla yanaşı, hüquqi və fiziki şəxslərdə könüllü olaraq fonda ianələr edirdlər. Müxtəlif dövlət qurumları, şirkətlərlə bərabər ayrı-ayrı məşhur şəxslərdə bu könüllü aksiyada iştirak edirlər. Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov fonda 2 000 000 manat,[6] digər Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov isə fonda 1 000 000 manat vəsait köçürüb.[7]

Ümumilikdə KMDF-na 3395 hüquqi şəxs, 12,532 fiziki şəxs ianə vermişdir.[3]

Milli valyutada[redaktə | mənbəni redaktə et]

KMDF-nun hesablarına daxilolmalar barədə məlumat Miqdarı
Beynəlxalq Bank 62,014,408
Mərkəzi Bank 19,013,991
Xəzinədarlıq 32,785,876
Cəmi : 113,815,275

Xarici valyutada[redaktə | mənbəni redaktə et]

KMDF-nun hesablarına daxilolmalar barədə məlumat Miqdarı
Beynəlxalq Bank 156 982 USD
87 453,7 EUR
500 GBP
150 000 RUR

Dövlət büdcəsindən ayırmalar[redaktə | mənbəni redaktə et]

Mənbə Məbləğ (manatla)
Prezidentin ehtiyat fondundan 20,000,000

Ümumilikdə fonda 114,268,840 milyon manat vəsait toplanıb.[3]

Xərclər[redaktə | mənbəni redaktə et]

Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.

Yanvar ayının 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  2. "Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 "Arxivlənmiş surət". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  4. "Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib" (az.). Archived from the original on 2022-04-27. İstifadə tarixi: 2020-03-17.
  5. "Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib" (az.). Archived from the original on 2022-04-27. İstifadə tarixi: 2020-03-17.
  6. "Qod Nisanov da Prezidentin çağırışına qoşuldu" (az.). Archived from the original on 2021-11-29. İstifadə tarixi: 2020-03-17.
  7. "Фархад Ахмедов отвечает на призыв Ильхама Алиева: 1 миллион манатов" (rus). Archived from the original on 2022-06-28. İstifadə tarixi: 2020-03-17.
  8. "Koronavirusla Mübarizəyə Dəstək Fondundan vaksinlərin alınmasına xərclənən vəsait açıqlandı". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]