Koordinat sistemi — Vikipediya

Koordinat sistemi — nöqtənin düz xətt üzərində, müstəvi üzərində və fəzada vəziyyətini təyin etmək üçün şərtlər toplusu. İlk dəfə koordinat sistemi geodeziyada və astronomiyada tətbiq olunmuşdur. Burada məqsəd yer üzərində və göy sferasında nöqtənin vəziyyətini təyin etmək olmuşdur.

XIV əsrdə fransız riyaziyyatçısı N.Orezm müstəvi üzərində koordinat sistemindən qrafiklərin qurulması üçün, həmçinin bizim tanıdığımız absis və ordinata uyğun uzunluq dairəsi və en dairəsi anlayışlarından istifadə etmişdir.Bəzi mənbələrə görə isə ilk koordinat sistemini İbn Sina (Avicenna) tərəfindən tapılmış və istifadə edilmişdir

XVII əsrdə fransız alimi Rene Dekartın işlərində koordinatlar üsulunun bütün imkanları aydınlaşdırıldı. Koordinatlar üsulu həndəsə məsələlərini cəbrin və riyazi analizin dilinə çevirməyə imkan verdi.

O cümlədən, cəbrriyazi analizin müxtəlif nəticələrinə həndəsi təsvir verilmişdi.

Hal-hazırda müxtəlif koordinat sistemlərindən, Affin koordinatlardan, Dekart koordinatlardan, Əyrixətli koordinatlardan, Sferik koordinatlardan, Polyar koordinatlardan istifadə olunur.

Koordinat vektorları[redaktə | mənbəni redaktə et]

Koordinat vektorları ölçülü xətti fəzada bazis əmələ gətirən vektorlardır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
  2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.