Konqar-ool Ondar — Vikipediya

Konqar-ool Ondar
tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар
Ümumi məlumatlar
Doğum tarixi 29 mart 1962(1962-03-29)
Vəfat tarixi 25 iyul 2013(2013-07-25) (51 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, siyasətçi, musiqiçi
Fəaliyyət illəri 1980–2013
Janr qırtlaq musiqisi
Musiqi aləti Morin xuur
Albom şirkəti Warner Records
ondar.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 196225 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı.

Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.[1]

Kızıl şəhərində yerləşən Tıva Mədəniyyət Mərkəzinin binasının qarşısında abidəsi

1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi.[2] O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı.

Konqar-ool Boris oğlu Ondar

Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir[3]CNN-ə müsabiqə vermişdir[4].

Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi. Oskar mükafatına namizəd olan "Çingiz Blüz" sənədli filmi bu hekayəyə həsr olunmuşdu, filmdə Ondar da yer almışdır.

Konqar-ool Béla Fleck and the Flecktones qrupunun "Outbound", "Live at the Quick" və "Jingle All the Way" adlı üç albomunun yazılmasında iştirak etmişdir

Konqar-ool Ondarın təşəbbüsü ilə Tıva Mədəniyyət Mərkəzi quruldu, oranın ilk direktoru helə özü oldu.

Konqar-ool Ondar 51 yaşında Qızılda qəflətən vəfat edəndə, Los Angeles Times qəzetində də nekroloq nəşr olunmuşdur.[5]

Tıva Mədəniyyət Mərkəzinin binasının qarşısında onun abidəsi qoyulub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Тува. Азия. Ондар Конгар-оол Борисович". 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  2. "Видеозапись концерта". 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  3. "Konqar-ool Ondar Devid Lettermanın şousunda". 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  4. "CNN-in Kongar-ool Ondar ilə proqramının IMDb saytında profili". 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  5. "Kongar-ol Ondar dies at 51; master of Tuvan throat singing". 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.