Komarov şaqqıldağı — Vikipediya

Komarov şaqqıldağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür. Çiçəkləri salxımlara toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. Erkəkcikləri bitişikdir. Paxlası 20-22 sm uzunluğunda olur. Paxla saplaq üzərində olub çılpaqdır, uzunluğu 18-20, eni 15 mm-ə qədərdir. Meyvəsi yetişən zaman uc hissəsindən açılır. May ayında çiçəkləyir iyunda meyvəsi yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Təbiətdə toxumlarla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş xüsusi qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın endemik bitkisidir. CR A1ab; B1b (i,iii,iv). Naxçıvan MR-in Ordubad rayonu (Kotam kəndi) ərazisində təbii halda yayılmışdır. Azərbaycanda botanika bağlarında becərilir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]