Kolobjeq — Vikipediya

Kolobjeq
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
54°10′34″ şm. e. 15°34′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1000
Sahəsi
  • 25,7 km²
Mərkəzin hündürlüyü 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44.340 nəf. (31 mart 2021)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 78-100–78-106
Digər
kolobrzeg.pl
Xəritəni göstər/gizlə
Kolobjeq xəritədə
Kolobjeq
Kolobjeq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolobjeq (pol. Kołobrzeg [kɔˈwɔbʐɛk] Fayl haqqında məlumat dinlə, kaşub Kòlbrzég), əvvəllər Kolberq (alm. Kolberg‎) — Polşanın şimal-qərbində, Kopalin voyevodalığında şəhər. Baltik dənizi sahilində liman. Dəmiryol qovşağı.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

VII–VIII əsrlərdə yaşayış məskəni olmuşdur, IX əsrdə burada qəsr salınmışdır, 1000-ci ildə Kolobjeq yepiskopluğunun əsası qoyulmuşdu. 1255-ci ildə şəhər hüququ almış, almanlaşdırmaya məruz qalmışdır. XIV əsrin əvvəlində Hanzanın üzvü idi. Yeddiillik müharibədə (1756–1763) rus qoşunlarına təslim olmuşdur. İkinci Dünya müharibəsi zamanı şəhər 18 mart 1945-ci ildə azad edilmiş və yenidən Polşaya birləşdirilmişdir.[3]

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Balıqçılıq və balıq emalı, maşınqayırma sənayesi var. Kolobjeq dənizkənarı iqlim kurortudur. Kolobjeqdə sinir sisteminin funksional pozğunluğuna, vərəm mənşəli olmayan tənəffüs yollarının xəstəliklərinə, anemiya və s. tutanlar müalicə olunur. Sanatoriya, su müalicəxanaları, istirahət evləri var.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. https://bdl.stat.gov.pl/api/v1/data/localities/by-unit/023216308011-0950026?var-id=1639616&format=jsonapi.
  3. 1 2 3 Колобжег // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 443.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]