Kobi Brayant — Vikipediya

Kobi Brayant
ing. Kobe Bryant
Şəxsi məlumatlar
Doğum adı Kobe Bean Bryant
Ləqəbi The Black Mamba[5]
Vətəndaşlığı
Doğum tarixi 23 avqust 1978(1978-08-23)[1][2]
Doğum yeri
Vəfat tarixi 26 yanvar 2020(2020-01-26)[3][4] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi təyyarə qəzası[d][4]
Dəfn yeri
  • Pasifik-Vyu xatirə parkı[d]
Boyu 198 sm[10]
Çəkisi 96 kq[10]
İdman növü basketbol
Karyera illəri 19962016
Komandası
Rəsmi saytı

Kobi Brayant (ing. Kobe Bean Bryant; 23 avqust 1978[1][2], Filadelfiya, Pensilvaniya[8][9]26 yanvar 2020[3][4], Kalabasas[d], Kaliforniya[4]) — Amerikalı peşəkar basketbolçu idi. Ləqəbi Qara Mamba (ing. Black Mamba) idi. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb. Orta məktəbdən birbaşa NBA-ya gəlmiş və beş NBA finalını qazanmışdır. Brayant 18 qat All-Star, 15 qat All-NBA Komandasının üzvü, 12 dəfə All Defensive Team komandasının üzvü və 2008-ci ildə NBA Ən Dəyərli Oyunçu Mükafatçısı (MVP) idi[11][12][13][14]. Bütün dövrlərin ən yaxşı basketbolçularından hesab edilən Brayant ardıcıl iki mövsüm topladığı xalların sayına görə NBA-da birinci yeri tutumuş, həmçinin bütün dövrlərin müntəzəm mövsümlərində və pley-offlarında qazanılan xalların sayına görə dördüncü yaxşı oyunçusu olmuşdur. Brayant, NBA tarixində ən az 20 mövsüm oynayan ilk müdafiəçi idi. "Forbes"-un məlumatına görə, Brayantın xalis dəyəri 2016-cı ildə 350 milyon dollar qiymətləndirilib.

Bryant keçmiş NBA oyunçusu Co Brayantın oğlu idi. Pensilvaniyadakı Lover Merion Liseyində oxumuş, burada ölkənin ən yaxşı orta məktəb basketbolçusu olaraq tanınmşdı. Məzun olduqdan sonra 1996-cı il NBA draftı üçün müraciət etdi və Şarlot Hornets klubu tərəfindən 13-cü yerdə seçildi; daha sonra Hornets onu Leykersə satdı. NBA-da ilk sezonunu oynayan oyunçu kimi, Brayant 1997 Slam Dunk müsabiqəsində qalib gəlməklə perspektivli oyunçu kimi azarkeşlərin sevimlisinə çevrildi və ikinci mövsümündə All-Star adını aldı. Şakil Onillə aralarındakı çəkişməyə baxmayaraq, iki oyunçu Leykersi 2000–2002-ci illərdə ardıcıl üç dəfə NBA çempionluğuna apardı.

2003-cü ildə Brayant 19 yaşlı otel işçisi tərəfindən cinsi təcavüzdə ittiham edildi. İddiaçı məhkəmədə ifadə verməkdən imtina etdikdən və mülki iddia məhkəmədən kənarlaşdırıldıqdan sonra ittihamlar ləğv edildi. Brayant xalqdan üzr istədi və iddialar onun ictimai profilinə zərər vermiş hesab edildi. Leykers 2004-cü il NBA finalını uduzandən sonra Onil Mayami Hitə satıldı və Bryant Leykersin bünövrə daşı oldu. 2005–2006 və 2006–2007 mövsümlərində qazandığı xalların sayına görə NBA-nın lideri olmuşdur. 2006-cı ildə "Toronto Raptors"a qarşı oyunda karyerasındakı ən yüksək xalı — 81 xal topladı, 1962-ci ildə Uilt Çemberlenin 100 xal qazandığı oyundan sonra bu, liqa tarixində bir oyunda ən çox ikinci xal idi. Brayant 2008-ci ildə müntəzəm mövsümün ən dəyərli oyunçu mükafatına (MVP) layiq görülmüşdür. Leykersin 2008-ci ildə NBA finalında məğlub olunduqdan sonra, Brayant komandanı 2009 və 2010-cu illərdə iki dəfə ardıcıl iki çempionata apardı və hər iki halda da final MVP mükafatını qazandı. O, 2013-cü ilə qədər, 34 yaşında Axilles vətərinin yırtılmasına kimi liqanın ən yaxşı oyunçuları arasında olmağa davam etdi. O zədədən sağalsa da, sonrakı iki mövsümdə müvafiq olaraq diz və çiynində mövsümi yaralanmalar keçirdi. Fiziki geriləməsinə görə Brayant 2015–2016 mövsümündən sonra təqaüdə çıxdı.

34 il və 104 gün ilə Brayant karyerası ərzində 30.000 xala çatan liqa tarixinin ən gənc oyunçusu oldu. 1 fevral 2010-cu ildə Cerri Uesti üstələyərək Leykersin franşiza tarixində ən çox xal qazanan qolçu oldu. Liqadakı üçüncü ili ərzində Bryant All-Star oyununa başlamaq üçün seçildi və təqaüdə çıxana qədər ardıcıl 18 dəfə meydana çıxdığı oyuna başlamaq üçün seçildi. Onun dörd All-Star MVP mükafatı Bob Pettit ilə NBA tarixindəki ən çox mükafatdır. 20082012 Yay Olimpiya Oyunlarında ABŞ yığma komandasının üzvü olaraq iki qızıl medal qazandı. 2018-ci ildə "Əziz Basketbol/Dear Basketball" filminə görə Ən Yaxşı Animasiya Qısa Filmi üçün Akademiya Mükafatını qazandı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Orta məktəbi bitirdikdən sonra Brayant universitetə getmədən birbaşa NBA Los-Anceles Leykersə addımladı və bütün karyerasını bu klubda davam etdirdi. Orta məktəb illərində Uild Çemberlenin 4 illik ümumi rekordunu qıran Kobi, 1996-cı ildə NBA yayımlarında Nyu-Orlean Pelikans tərəfindən tərtib edilmiş, lakin sonradan Leykers üçün mübadilə edilmişdir. 24 yaşında 3 dəfə NBA çempionu olan Kobi; ŞaKil Oneal ilə qazandığı 3 çempionatdan 7 il sonra, 2008–2009 mövsümündə 4-cü çempionluğuna çatdı və karyerasında bir çox uğur qazansa da, əvvəllər əldə edə bilmədiyi NBA finallarında ən dəyərli oyunçu seçildi. Bundan əlavə, Kobi karyerasının 5-ci halqasına nail olaraq 2009–2010 mövsümünü çempion kimi başa vurdu və ardıcıl ikinci dəfə finalın ən dəyərli oyunçusu oldu. Kobi Brayant artıq 34 yaşında olarkən NBA tarixindəki 30.000 bal həddini aşmağı bacaran ən gənc oyunçu idi. NBA tarixində "Filadelfiya 76 sessiya"nın bir maçında 100 xal toplayaraq Vilt Çemberlindən sonra 2005–2006 mövsümündə müntəzəm mövsümdə Toronto Raptorsa qarşı 81 xalla sahəsində ikinci sırada yer aldı.

Ölümü[redaktə | mənbəni redaktə et]

Brayant 26 yanvar 2020-ci ildə Kaliforniyanın Kalabasas şəhərində vertolyot qəzasında öldü. Səkkiz nəfər, o cümlədən 13 yaşlı qızı Cianna Brayant da hadisə zamanı ölənlər arasında idi[15][16][17][18].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://espn.go.com/nba/player/videos/_/id/110/kobe-bryant.
  2. 1 2 Kobe Bryant // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 The Guardian.com, The Guardian (ing.). 1999. ISSN 1756-3224; 1354-4322
  4. 1 2 3 4 5 CNN. Nyu-York: 1980.
  5. Olympedia (ing.). 2006.
  6. 1 2 http://espn.go.com/losangeles/photos/gallery/_/id/8931641/image/5/kobe-bryant-lakers-clippers-photos-week-february-9.
  7. 1 2 http://espn.go.com/nba/story/_/id/10695273/kobe-bryant-trayvon-martin-black-twitter.
  8. 1 2 http://espn.go.com/nba/player/photos/_/id/110/kobe-bryant.
  9. 1 2 http://espn.go.com/nba/player/splits/_/id/110/kobe-bryant.
  10. 1 2 https://www.basketball-reference.com/players/b/bryanko01.html.
  11. "'Where's Kobe? I Want Kobe.'". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  12. Moonves, Leslie. "50 greatest NBA players of all time". CBS Sports. 17 fevral 2017. 2020-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2017.
  13. Rasmussen, Bill. "All-Time #NBArank: Counting down the greatest players ever". ESPN. 3 mart 2016. October 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2017.
  14. McCallum, Jack. "SI's 50 greatest players in NBA history". Sports Illustrated. 8 fevral 2016. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2017.
  15. "Federal investigators look for answers in Kobe Brayant helicopter crash". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  16. "The NBA world mourns the death of Kobe Bryant". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  17. "Source: Kobe among dead in helicopter crash". ESPN.com (ingilis). 26 yanvar 2020. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-26.
  18. Kobi Brayantın vertolyotunun qalıqlarının videokadrları Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine — Bax.tv