Klassik Çin dili — Vikipediya

Klassik Çin dili
Orijinal adı 文言文
Təsnifatı
Çin-Avstroneziya[d]
Çin-Tibet dilləri
Çin dili
yazılı Çin dili[d]
klassik Çin dili
Yazı Çin yazısı
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 lzh
IETF lzh
Glottolog lite1248
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klassik Çin dili və ya Ədəbi Çin dili (Çin dili: 文言文; pinyin: Wényánwén, "ədəbi dil yazısı") — Yaz-Payız dövrünün sonundan Han sülaləsinin sonuna qədər yazılmış klassik ədəbiyyatın dilidir. Qədim Çin dilinin yazılı bir formasıdır. Klassik Çin dili ənənəvi Çin yazı üsulu olub klassik dildən yaranmışdır, buna görə də bugünkü Çində danışılan bütün Çin danışıq formalarından fərqlidir. Ədəbi Çin dili XX əsrin əvvəllərinə qədər Çində, demək olar ki, bütün rəsmi yazılarda, həmçinin müxtəlif dövrlərdə Yaponiya, KoreyaVyetnamda istifadə edilmişdir. Çin dilində danışanlar arasında Ədəbi Çin dilinin yerini artıq Çin miqyasında danışılan müasir Çin dili tələffüzünə əsaslanan və müasir Mandarin Çin dilinin danışıldığı formaya bənzəyən Baihua yazısı əvəz etmişdir. Çin dilində danışmayanlar isə ədəbi çin dilini yerli ləhcələrin lehinə buraxdılar.