Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı — Vikipediya

Kimya üzrə Nobel mükafatı İsveç kimyaçısı Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmişdir.

Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir.[2] Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[3] 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr - Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[4]

Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür.[5] Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökümətləri icazə vermədi. Sonradan onlar diplom və medalı alsalar da mükafat pulunu almadılar. Frederik Senger eyni sahə üzrə iki dəfə Nobel mükafatına layiq görülən iki laureatdan biridir (1958 və 1980-ci il). Digəri isə Con Bardindir o, iki dəfə, 1956 və 1972-ci ildə, Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Digər iki nəfər iki dəfə Nobel mükafatını qazandı, biri kimya olmaqla digəri başqa sahə üzrə: Mariya Salomea Küri (1903-cü ildə fizika, 1911-ci ildə kimya üzrə) və Laynus Polinq (1954-cü ildə kimya, 1962-ci ildə sülh üzrə).[6] 2018-ci ilə kimi mükafat 180 şəxsə verildi. Onlardan beşi qadın idi: Mariya Salomea Küri, İren Jolio-Küri (1935), Doroti Kroufut Hockin (1964), Ada Yonat (2009) və Frensis Arnold (2018).[7][8]

1916, 1917, 1919, 1924, 1933, 1940-42-ci illərdə Kimya üzrə Nobel mükafatı verilmədi. Həmçinin Kimya üzrə Nobel mükafatı 9 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Kimya üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Teodor Vilyam Riçardsa verildi və 1914-cü il mükafatı olaraq sayılmışdı.[9] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Fris Haberə[10], 1920-ci ilin mükafatı 1921-ci ildə Valter Nernstə[11], 1921-ci ilin mükafatı 1922-ci ildə Frederik Soddiyə[12], 1925-ci ilin mükafatı 1926-cü ildə Rixard Ziqmondiyə[13], 1927-ci ilin mükafatı 1928-ci ildə Henrix Vilanda[14], 1938-ci ilin mükafatı 1939-cu ildə Riçard Kuna[15], 1943-cü ilin mükafatı 1944-cü ildə Georq de Xeveşiyə[16] və 1944-cü ilin mükafatı 1945-ci ildə Otto Hana verilmişdir.[17]

Laureatların siyahısı[redaktə | mənbəni redaktə et]

İl Şəkil Laureat Ölkə Əsaslanma Ref
1901 Yakob Vant-Hoff Niderland "Məhlularda kimyəvi dinamika qanunlarını və osmos təzyiqini kəşf etdiyinə görə" [18]
1902 Emil Fişer Almaniya İmperiyası "Şəkər və purin sintezi ilə əlaqəli çalışmalarına görə" [19]
1903 Svante Arrenius İsveç "Dissosiasiyanın elektrolit nəzəriyyəsinə görə" [20]
1904 Uilyam Ramzay Birləşmiş Krallıq "Havadakı təsirsiz qaz elementlərinin kəşfi və bu elementlərin dövri sistemdəki yerini müəyyən etməsinə görə" [21]
1905 Adolf fon Bayer Almaniya İmperiyası "Üzvi boyalar və hidroaromatik birləşmələr üzərindəki tədqiqatları vasitəsilə üzvi kimya və kimya sənayesinin inkişaf etdirilməsinə görə" [22]
1906 Anri Muassan Fransa "Flüor elementinin tədqiqi və təcrid etməsi və elektrik peçi ixtirasına görə" [23]
1907 Eduard Buxner Almaniya İmperiyası "Biokimyəvi tədqiqatları və hüceyrəsiz sistemdə fermentasiyanı kəşf etməsinə görə " [24]
1908 Ernest Rezerford Birləşmiş Krallıq
Yeni Zelandiya
"Elementlərin parçalanması və radioaktiv maddələrin kimyası ilə əlaqədar apardığı tədqiqatlara görə" [25]
1909 Otto Vallax Almaniya İmperiyası "Katalizlə əlaqəli çalışmalarına və kimyəvi tarazlıq və reaksiya sürətini idarə edən fundamental prinsiplər üzərindəki araşdırmalarına görə" [26]
1910 Otto Vallax Almaniya İmperiyası "Alisiklik birləşmələr sahəsindəki qabaqcıl tədqiqatları ilə üzvi kimya və kimya sənayesinə verdiyi töhfələrə görə" [27]
1911 Mariya Küri Polşa
Fransa
"...radiumpolonium elementlərinin kəşfinə görə..." [28]
1912 Viktor Qrinyar Fransa "Qrinyar reaktivini kəşf etməsinə görə." [29]
Pol Sabatye Fransa "Narın dispers metalların iştirakı ilə üzvi maddələrin hidrogenləşdirmə metoduna görə" [29]
1913 Alfred Verner İsveçrə "Molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və xüsusi ilə qeyri-üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə" [30]
1914 Teodor Vilyam Riçards ABŞ "Bir çox kimyəvi elementlərin atom kütlələrini dəqiq təyin etdiyinə görə " [9]
1915 Rixard Vilştetter Almaniya İmperiyası "Bitki aləminin boyayıcı maddələrinin, xüsusən xlorofilin öyrənilməsi sahəsində həyata keçirdiyi kompleks tədqiqatlara görə " [31]
1916 Mükafat verilmədi
1917
1918 Fris Haber Almaniya İmperiyası "Ammonyakı onun elementlərindən sintez etməsinə görə" [10]
1919 Mükafat verilmədi
1920 Valter Nernst Almaniya "Termokimya ilə əlaqəli tədqiqatlarına görə" [11]
1921 Frederik Soddi Birləşmiş Krallıq "Radioaktiv maddələrin kimyası və izotopların təbiəti və yaranması problemlərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlarına görə" [12]
1922 Frensis Aston Birləşmiş Krallıq "Kütləvi spektroqrafı vasitəsi ilə radioaktiv olmayan elementlərin çoxlu sayda izotoplarını kəşf etdiyinə və tam ədədlər qaydasını yaratdığına görə" [32]
1923 Frits Preql Avstriya
Yuqoslaviya Krallığı
"Üzvi maddələrin mikro analizi metodunun ixtirasına görə" [33]
1924 Mükafat verilmədi
1925 Rixard Ziqmondi Almaniya
Macarıstan
"Kalloid məhlulların heterogen təbiətini müəyyən etdiyinə və müasir kalloid kimyada mühüm əhəmiyyət kəsb edən orijinal metodlar işləyib hazırladığına görə" [13]
1926 Teodor Svedberq İsveç "Dispers sistemlər sahəsindəki tədqiqatlarına görə" [34]
1927 Henrix Viland Almaniya "Öd turşuları və əlaqəli maddələrin tədqiqinə görə" [14]
1928 Adolf Vindaus Almaniya "Sterinlərin tərkibinin və onların vitaminlərlə əlaqələrinin tədqiqinə görə" [35]
1929 Artur Qarden Birləşmiş Krallıq "Şəkərin fermentasiyası və fermentativ fermentlərin tədqiqinə görə" [36]
Hans fon Eyler-Helpin İsveç
1930 Hans Fişer Almaniya "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" [37]
1931 Karl Boş Almaniya "Kimyəvi yüksək təzyiq metodlarının ixtirasına və inkişafına verdikləri töhfələrə görə" [38]
Fridrix Bergius Almaniya
1932 İrvinq Lenqmyur ABŞ "Səth kimyası ilə əlaqəli kəşfləri və tədqiqatlarına görə" [39]
1933 Mükafat verilmədi
1934 Harold Kleyton Yuri ABŞ "Ağır hidrogeni kəşf etməsinə görə" [40]
1935 Frederik Jolio-Küri Fransa "Yeni radioaktiv elementlərin sintezinə görə" [41]
İren Jolio-Küri Fransa
1936 Peter Debay Niderland "Dipol momentləri, qazlardakı x-şüalarının və elektronların diffraksiyası ilə əlaqəli tədqiqatları vasitəsi ilə molekulyar strukturlar üzərindəki çalışmalarına görə" [42]
1937 Volter Houors Normen Birləşmiş Krallıq "Karbohidratlar və C vitamini ilə əlaqəli tədiqatlarına görə" [43]
Paul Karrer İsveçrə "Karotenoidlər, flavinlər, A və B2 vitaminləri üzərində apardığı tədqiqatlara görə"
1938 Riçard Kun Nasist Almaniyası "Karotenoidlər və vitaminlər ilə əlaqəli tədqiqatlarına görə" [15]
1939 Adolf Butenandt Nasist Almaniyası "Cinsiyyət hormonları ilə əlaqədar tədqiqatlarına görə" [44]
Lepold Rujiçka Yuqoslaviya Krallığı
İsveçrə
"Polimetilen və yüksək terpenlər ilə əlaqəli tədqiqatlarına görə" [44]
1940 Mükafat verilmədi
1941
1942
1943 Georq de Xeveşi Nasist Almaniyası "kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə" [16]
1944 Otto Hahn Nasist Almaniyası "Ağır atom nüvələrinin parçalanmasının kəşfinə görə" [17]
1945 Artturi İlmari Virtanen Finlandiya "Kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə" [45]
1946 Ceyms Samner ABŞ "Fermentlərin kristallaşdırıla biləcəyini kəşf etməsinə görə" [46]
John Howard Northrop ABŞ "Fermentləri və virus zülallarını təmiz halda aldıqlarına görə" [46]
Uendell Meredit Stenli ABŞ
1947 Robert Robinson Birləşmiş Krallıq "Bioloji əhəmiyyətə malik bitki məhsulları, xüsusən alkaloidlər əlaqəli apardığı araşdırmalara görə" [47]
1948 Arne Tiselius İsveç "Elektroforezin və adsorbsiyalı analizin tədqiqinə, xüsusən zərdabın zülallarının kompleks təbiəti ilə əlaqəli kəşflərinə görə" [48]
1949 Uilyam Ciok ABŞ "Kimyəvi termodinamika sahəsindəki xidmətlərinə görə, xüsusən maddələrin son dərəcə aşağı temperaturda davranışı ilə əlaqədar" [49]
1950 Otto Dils Qərbi Almaniya "Dien sintezini kəşf etdiklərinə və təkmilləşdirdiklərinə görə" [50]
Kurt Alder Qərbi Almaniya
1951 Edvin Makmillan ABŞ "Transuran elementləri sahəsindəki kəşflərinə görə" [51]
Qlenn Teodor Siborq ABŞ
1952 Arçer Con Porter Martin Biləşmiş Krallıq "Paylayıcı xromatoqrafiyanın ixtirasına görə" [52]
Riçard Lorens Millinqton Sinq Biləşmiş Krallıq
1953 German Ştaudinger Qərbi Almaniya "Polimerlər kimyası sahəsindəki kəşflərinə görə" [53]
1954 Laynus Polinq ABŞ "Kimyəvi rabitənin təbiətinin tədqiqinə və onu birləşmələrin strukturunun müəyyən olunması üçün istifadəsinə görə" [54]
1955 Vinsent dü Vinyo ABŞ "Biokimyəvi əhəmiyyətli kükürd birləşmələri ilə əlaqəli tədqiqatlarına və xüsusilə polipeptid hormonunun ilk sintezinə görə" [55]
1956 Sir Siril Norman Hinşelvud Birləşmiş Krallıq "Kimyəvi reaksiyaların mexanizminin tədqiqinə görə" [56]
Nikolay Semyonov SSRİ
1957 Aleksander Robertus Todd Birləşmiş Krallıq "Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə" [57]
1958 Frederik Sanger Birləşmiş Krallıq "Zülalların, xüsusən insulinin strukturu ilə əlaqəli tədqiqatlarına görə" [58]
1959 Yaroslav Heyrovski Çexoslovakiya "Polyaroqrafik analiz üsulunun kəşfi və təkmilləşdirməsinə görə" [59]
1960 Uillard Libbi ABŞ "Arxeologiya, geologiya, geofizika və digər elm sahələrində yaşın müəyyənləşdirilməsi üçün karbon-14 istifadə metoduna görə" [60]
1961 Melvin Kalvin ABŞ "Karbon qazının bitkilərdə assimilyasiyasının tədqiqinə görə" [61]
1962 Maks Peruç Birləşmiş Krallıq "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" [62]
Con Kendrü Birləşmiş Krallıq
1963 Karl Ziqler Qərbi Almaniya "Yüksək polimerlərin kimyası və texnologiyası sahəsində kəşflərinə gör" [63]
Culio Natta İtaliya
1964 Doroti Kroufut Hockin Birləşmiş Krallıq "Mürəkkəb biokimyəvi birləşmələrin strukturunun rentgen üsulu vasitəsi ilə müəyyən etməsinə görə" [64]
1965 Robert Börns Vudvord ABŞ "Üzvi sintez sənətindəki böyük uğurlarına görə" [65]
1966 Robert Sanderson Malliken ABŞ "Molekulyar orbital metodu ilə kimyəvi rabitələr və molekulların elektron quruluşu ilə bağlı fundamental tədqiqatlarına görə" [66]
1967 Manfred Eyqen Qərbi Almaniya "Olduqca qısa impulsla molekulyar tarazlığın yerdəyişməsinin köməyi ilə olduqca sürətli kimyəvi reaksiyalara aid tədqiqatlarına görə" [67]
Ronald Corc Reyford Norriş Birləşmiş Krallıq
Corc Porter Birləşmiş Krallıq
1968 Lars Onsager ABŞ
Norveç
"Dönməz proseslərdə onun adı ilə adlandırılan və dönməz proseslərin termodinamikası üçün prinsipial əhəmiyyət kəsb edən qarşılıqlar nisbətlərinin kəşfinə görə" [68]
1969 Derek Barton Birləşmiş Krallıq "Konformasiya konseptinin təkmilləşdirilməsinə və kimya elmində tətbiqinə verdiyi töhfələrinə görə" [69]
Odd Hassel Norveç
1970 Luis Leluar Argentina "Şəkər nukleotidlərinin və onların karbohidratların biosintezindəki rolunu kəşf etdiyinə görə" [70]
1971 Gerhard Hersberq Kanada
Qərbi Almaniya
"Elektron quruluşu və molekulların həndəsəsi, xüsusən də sərbəst radikalların öyrənilməsindəki töhfələrinə görə" [71]
1972 Kristian Anfinsen ABŞ "Ribonukleaza və xüsusən amin turşusu ardıcıllığı və bioloji aktiv konformasiya arasındakı əlaqə üzərindəki tədqiqatlarına görə" [72]
Stanford Mur ABŞ "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" [72]
Uilyam Hovard Stayn ABŞ
1973 Ernst Otto Fişer Qərbi Almaniya "Sendvic” adlanan metalüzvi kimyası sahəsindəki müstəqil olaraq həyata keçirdikləri qabaqcıl tədqiqatlarına görə" [73]
Ceffri Uilkinson Birləşmiş Krallıq
1974 Pol Flori ABŞ "Makromolekulların fiziki kimyası sahəsindəki həm nəzəri, həm də eksperimental olaraq fundamental tədqiqatlarına görə" [74]
1975 Con Kornfort Avstraliya
Birləşmiş Krallıq
"Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə tədqiqatlarına görə" [75]
Vladimir Preloq Yuqoslaviya
İsveçrə
"Üzvi molekulların və reaksiyaların stereokimyası sahəsindəki tədqiqatlarına görə" [75]
1976 Uilyam Lipskomb ABŞ "Kimyəvi rabitələrin problemlərini bilmək üçün açar olan boranların strukturunun tədqiqinə görə" [76]
1977 İlya Priqojin Belçika "Dönməz proseslərin termodinamikasına verdiyi töhfələrə, xüsusən də dissipativ strukturlar nəzəriyyəsinə görə" [77]
1978 Piter Mitçell Birləşmiş Krallıq "Xemiosmotik nəzəriyyəni yaratmaqla bioloji enerjinin ötürülməsi prosesini anlamaqda xidmətlərinə görə" [78]
1979 Herbert Braun ABŞ "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" [79]
Georg Vittiq Qərbi Almaniya
1980 Pol Berq ABŞ "Xüsusilə rekombinant-DNT ilə əlaqədar olaraq, nuklein turşularının biokimyası ilə bağlı fundamental tədqiqatlarına görə "" [80]
Walter Gilbert Volter Gilbert ABŞ "Nuklein turşularında əsas ardıcıllığının müəyyənləşdirilməsinə dair töhfələrinə görə" [80]
Frederick Sanger Frederik Senger Birləşmiş Krallıq
1981 Keniti Fukui Yaponiya "Kimyəvi reaksiyaların gedişatı ilə əlaqədar müstəqil şəkildə təkmilləşdirdikləri nəzəriyyələrinə görə" [81]
Roald Hofman ABŞ
Polşa
1982 Aaron Kluq Birləşmiş Krallıq "Kristalloqrafik elektron mikroskopiyasının təkmilləşdirilməsi və nuklein turşusu - zülal bioloji əhəmiyyətli komplekslərin tədqiqinə görə" [82]
1983 Henri Taube ABŞ "Xüsusilə metal komplekslərində elektron ötürmə reaksiyalarının mexanizmləri ilə əlaqədar tədqiqatlarına görə" [83]
1984 Robert Brüs Merrifild ABŞ "Bərk matrisdə kimyəvi sintez metodologiyasının təkmilləşdirməsinə görə"" [84]
1985 Herbert Hauptman ABŞ "“Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" [85]
Cerom Karle ABŞ
1986 Dudley R. Herschbach Dadli Robert Herşbax ABŞ "Kimyəvi elementar proseslərin dinamikasına aid töhfələrinə görə" [86]
Yuan Li ABŞ
Tayvan
Con Çarlz Polani Kanada
Macarıstan
1987 Donald Kram ABŞ "Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" [87]
Jan-Mari Len Fransa
Çarlz Pedersen ABŞ
1988 Yohan Dayzenhofer Qərbi Almaniya "Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə" [88]
Robert Huber Robert Huber Qərbi Almaniya
Hartmut Michel Qərbi Almaniya
1989 Sidney Oltmen Kanada
ABŞ
"RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" [89]
Thomas R. Cech Tomas Çek ABŞ
1990 Elias Ceyms Kori ABŞ "Üzvi sintez nəzəriyyəsini və metodologiyasını təkmilləşdiriyinə görə" [90]
1991 Richard R. Ernst Rixard Ernst İsveçrə "Yüksək qətiyyətli nüvə maqnetik rezonans (NMR) spektroskopiyasının metodologiyasının təkmilləşdirilməsindəki töhfələrinə görə" [91]
1992 Rudolf Markus ABŞ
Kanada
"Kimyəvi sistemlərdə elektron ötürmə reaksiyaları nəzəriyyəsinə verdiyi töhfələrə görə" [92]
1993 Keri Mullis ABŞ "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə [...] Polimeraz zəncir reaksiyası metodunun ixtirasına görə" [93]
Maykl Smit Kanada "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə [...] Oliqonukleotid əsaslı, sayt istiqamətlənmiş mutagenezin qurulmasına və protein tədqiqatlarında təkmilləşdirməsində verdiyi fundamental töhfələrə görə" [93]
1994 Corc Olah ABŞ
Macarıstan
"Karbokation kimyasına verdiyi töhfələrinə görə" [94]
1995 Paul Krutzen Niderland "Atmosfer kimyasındaki tədqiqatlarına görə, xüsusən də ozonun əmələ gəlməsi və parçalanması ilə əlaqədar" [95]
Mario Molina Meksika
Frank Şervud Rouland ABŞ
1996 Robert Kerl ABŞ "Fullerenləri kəşf etdiklərinə görə" [96]
Sir Harold Kroto Birləşmiş Krallıq
Riçard Smolli ABŞ
1997 Pol Boyer ABŞ "Adenozin trifosfatın sintezinin əsasını təşkil edən fermentativ mexanizmi izah etdiklərinə görə" [97]
Con Uoker Birləşmiş Krallıq
Yens Skou Danimarka "İon ötürücü Na+, K+-ATP fermentinin kəşfinə görə" [97]
1998 Walter Kohn Valter Kon ABŞ "Funksional sıxlıq nəzəriyyəsini təkmilləşdirdiyinə görə" [98]
John Anthony Pople Con Popl Birləşmiş Krallıq "Kvant kimyasında hesablama metodlarını təkmilləşdirdiyinə görə" [98]
1999 Əhməd Zevayl ABŞ
Misir
"Femtosaniya spektroskopiyasını istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid vəziyyətlərini tədqiq etdiyinə görə" [99]
2000 Alan Xiqer ABŞ "Polimerdə keçiriliciyin kəşfinə və təkmilləşdirdiklərinə görə" [100]
Alan MakDiarmid ABŞ
Yeni Zelandiya
Hideki Sirakava Yaponiya
2001 Uilyam Noulz ABŞ "Xiral katalizləşdirilən hidrogenləşmə reaksiyaları üzrə tədqiqatlarına görə" [101]
Ryōji Noyori Noyori Ryodzi Yaponiya
Barry Sharpless Barri Şarpless ABŞ "Xiral katalizləşdirilən oksidləşmə reaksiyaları üzrə tədqiqatlarına görə" [101]
2002 John B. Fenn Con Bennett Fenn ABŞ "Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiklərinə görə [...] bioloji makromolekulların kütlə spektrometrik analizləri üçün yumşaq desorbsiya ionlaşma metodlarını təkmilləşdirdiklərinə görə" [102]
Koyçi Tanaka Yaponiya
Kurt Wüthrich Kurt Vütrix İsveçrə "Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiyinə görə [...] məhlulda bioloji makromolekulların üçölçülü quruluşunu müəyyən etmək üçün nüvə maqnetik rezonans spektroskopiyasını inkişaf etdirdiyinə görə" [102]
2003 Piter Aqre ABŞ "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə [...] aquaporini kəşf etdiyinə görə" [103]
Roderick MacKinnon Roderik Makkinon ABŞ "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə [...] ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" [103]
2004 Aaron Çexanover İsrail "Ubiquitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" [104]
Avram Herşko İsrail
İrvin Rouz ABŞ
2005 İv Şoven Fransa "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" [105]
Robert Grubbs Robert Qrabbs ABŞ
Riçard Şrok ABŞ
2006 Rocer Kornberq ABŞ "Eukaryotik transkripsiyanın molekulyar əsasları ilə əlaqəli tədqiqatlarına görə" [106]
2007 Gerhard Ertl Almaniya "Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə" [107]
2008 Osamu Simomura Yaponiya[108] "Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə" [109]
Osamu Simomura ABŞ
Rocer Tsen ABŞ
2009 Venkatraman Ramakrişnan ABŞ
Hindistan
Birləşmiş Krallıq
"Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" [110]
Tomas Steys ABŞ
Ada Yonat İsrail
2010 Richard Hek ABŞ "Bizim gündəlik həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədi ilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yaollarını təkmilləşdirdiklərinə görə" [111]
Eyiti Negisi Yaponiya
Akir Suzuki Yaponiya
2011 Dan Şehtman İsrail
ABŞ
"Kvazikristalları kəşf etdiyinə görə" [112]
2012 Robert Lefkoviç ABŞ "G-zülalı birləşmiş reseptor ilə əlaqəli tədqiqtlarına görə" [113]
Brayan Kobilka ABŞ
2013 Martin Karplus ABŞ
Avstriya
"Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" [114]
Maykl Levitt ABŞ
Birləşmiş Krallıq
İsrail[115]
Are Varşel ABŞ
İsrail
2014 Erik Betziq ABŞ "Yüksək qətiyyətli flüoresan mikroskopiyanın təkmilləşdirilməsinə görə" [116]
Ştefan Hell Almaniya
Rumıniya[117]
Uilyam Mörner ABŞ
2015 Tomas Lindal İsveç
Birləşmiş Krallıq
"DNT təmirinin mexanizimləri üzrə tədqiqatlarına görə" [118]
Pol Modriç ABŞ
Əziz Sancar ABŞ
Türkiyə
2016 Jan-Pyer Savaj Fransa "Molekulyar maşınların dizaynı və sintezinə görə" [119]
Frezer Stoddart Birləşmiş Krallıq
ABŞ
Bernard Feringa Niderland
2017 Jak Düboşe İsveçrə "Krio-elektron mikroskopiyasını təkmilləşdirdiklərinə görə" [120]
Yoahim Frank Almaniya
ABŞ[121]
Riçard Henderson Birləşmiş Krallıq
2018 Frensis Arnold ABŞ "Fermentlərin istiqamətləndirilmiş təkamülünə görə" [122]
Corc Smit ABŞ "Peptidlər və antikorların faqotiv displeyini yaratdıqlarına görə"
Qreq Uinter Birləşmiş Krallıq
2019 Con Qudenaf ABŞ "Litium-ion batereyalarının təkmilləşdirilməsinə görə" [123]
Stenli Uittingem Birləşmiş Krallıq
ABŞ
Akira Yosino Yaponiya
2020 Emmanüel Şarpantye Fransa
Almaniya
"Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə" [124]
Cennifer Dudna ABŞ
2021 Benjamin List Almaniya
"asimmetrik orqanokatalizi təkmilləşdirdiklərinə görə" [125]
David Makmillan Böyük Britaniya

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Alfred Nobel – The Man Behind the Nobel Prize". Nobelprize.org. 25 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  2. "The Nobel Prize Awarders". Nobelprize.org. 15 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  3. "The Nobel Prize". Nobelprize.org. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  4. "The Nobel Prize Award Ceremonies". Nobelprize.org. 22 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  5. Malmström, Bo G.; Bertil Andersson. "The Nobel Prize in Chemistry: The Development of Modern Chemistry". Nobelprize.org. 3 December 2001. 16 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2008.
  6. "Nobel Laureates Facts". Nobelprize.org. 2 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  7. "Women Nobel Laureates". Nobelprize.org. 28 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2008.
  8. "Facts on the Nobel Prize in Chemistry". nobelprize.org. 8 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2017.
  9. 1 2 "The Nobel Prize in Chemistry 1914". Nobelprize.org. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  10. 1 2 "The Nobel Prize in Chemistry 1918". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  11. 1 2 "The Nobel Prize in Chemistry 1920". Nobelprize.org. 9 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  12. 1 2 "The Nobel Prize in Chemistry 1921". Nobelprize.org. 27 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  13. 1 2 "The Nobel Prize in Chemistry 1925". Nobelprize.org. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  14. 1 2 "The Nobel Prize in Chemistry 1927". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  15. 1 2 "The Nobel Prize in Chemistry 1938". Nobelprize.org. 19 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  16. 1 2 "The Nobel Prize in Chemistry 1943". Nobelprize.org. 20 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  17. 1 2 "The Nobel Prize in Chemistry 1944". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  18. "The Nobel Prize in Chemistry 1901". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  19. "The Nobel Prize in Chemistry 1902". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  20. "The Nobel Prize in Chemistry 1903". Nobelprize.org. 5 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  21. "The Nobel Prize in Chemistry 1904". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  22. "The Nobel Prize in Chemistry 1905". Nobelprize.org. 12 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  23. "The Nobel Prize in Chemistry 1906". Nobelprize.org. 11 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  24. "The Nobel Prize in Chemistry 1907". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  25. "The Nobel Prize in Chemistry 1908". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  26. "The Nobel Prize in Chemistry 1909". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  27. "The Nobel Prize in Chemistry 1910". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  28. "The Nobel Prize in Chemistry 1911". Nobelprize.org. 19 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  29. 1 2 "The Nobel Prize in Chemistry 1912". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  30. "The Nobel Prize in Chemistry 1913". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  31. "The Nobel Prize in Chemistry 1915". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  32. "The Nobel Prize in Chemistry 1922". Nobelprize.org. 27 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  33. "The Nobel Prize in Chemistry 1923". Nobelprize.org. 30 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  34. "The Nobel Prize in Chemistry 1926". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  35. "The Nobel Prize in Chemistry 1928". Nobelprize.org. 5 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  36. "The Nobel Prize in Chemistry 1929". Nobelprize.org. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  37. "The Nobel Prize in Chemistry 1930". Nobelprize.org. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  38. "The Nobel Prize in Chemistry 1931". Nobelprize.org. 10 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  39. "The Nobel Prize in Chemistry 1932". Nobelprize.org. 3 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  40. "The Nobel Prize in Chemistry 1934". Nobelprize.org. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  41. "The Nobel Prize in Chemistry 1935". Nobelprize.org. 7 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  42. "The Nobel Prize in Chemistry 1936". Nobelprize.org. 14 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  43. "The Nobel Prize in Chemistry 1937". Nobelprize.org. 22 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  44. 1 2 "The Nobel Prize in Chemistry 1939". Nobelprize.org. 14 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  45. "The Nobel Prize in Chemistry 1945". Nobelprize.org. 6 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  46. 1 2 "The Nobel Prize in Chemistry 1946". Nobelprize.org. 11 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  47. "The Nobel Prize in Chemistry 1947". Nobelprize.org. 4 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  48. "The Nobel Prize in Chemistry 1948". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  49. "The Nobel Prize in Chemistry 1949". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  50. "The Nobel Prize in Chemistry 1950". Nobelprize.org. 9 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  51. "The Nobel Prize in Chemistry 1951". Nobelprize.org. 4 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  52. "The Nobel Prize in Chemistry 1952". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  53. "The Nobel Prize in Chemistry 1953". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  54. "The Nobel Prize in Chemistry 1954". Nobelprize.org. 9 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  55. "The Nobel Prize in Chemistry 1955". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  56. "The Nobel Prize in Chemistry 1956". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  57. "The Nobel Prize in Chemistry 1957". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  58. "The Nobel Prize in Chemistry 1958". Nobelprize.org. 26 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  59. "The Nobel Prize in Chemistry 1959". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  60. "The Nobel Prize in Chemistry 1960". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  61. "The Nobel Prize in Chemistry 1961". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  62. "The Nobel Prize in Chemistry 1962". Nobelprize.org. 24 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  63. "The Nobel Prize in Chemistry 1963". Nobelprize.org. 13 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  64. "The Nobel Prize in Chemistry 1964". Nobelprize.org. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  65. "The Nobel Prize in Chemistry 1965". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  66. "The Nobel Prize in Chemistry 1966". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  67. "The Nobel Prize in Chemistry 1967". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  68. "The Nobel Prize in Chemistry 1968". Nobelprize.org. 30 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  69. "The Nobel Prize in Chemistry 1969". Nobelprize.org. 13 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  70. "The Nobel Prize in Chemistry 1970". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  71. "The Nobel Prize in Chemistry 1971". Nobelprize.org. 19 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  72. 1 2 "The Nobel Prize in Chemistry 1972". Nobelprize.org. 11 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  73. "The Nobel Prize in Chemistry 1973". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  74. "The Nobel Prize in Chemistry 1974". Nobelprize.org. 3 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  75. 1 2 "The Nobel Prize in Chemistry 1975". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  76. "The Nobel Prize in Chemistry 1976". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  77. "The Nobel Prize in Chemistry 1977". Nobelprize.org. 24 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  78. "The Nobel Prize in Chemistry 1978". Nobelprize.org. 12 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  79. "The Nobel Prize in Chemistry 1979". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  80. 1 2 "The Nobel Prize in Chemistry 1980". Nobelprize.org. 26 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  81. "The Nobel Prize in Chemistry 1981". Nobelprize.org. 21 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  82. "The Nobel Prize in Chemistry 1982". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  83. "The Nobel Prize in Chemistry 1983". Nobelprize.org. 13 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  84. "The Nobel Prize in Chemistry 1984". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  85. "The Nobel Prize in Chemistry 1985". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  86. "The Nobel Prize in Chemistry 1986". Nobelprize.org. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  87. "The Nobel Prize in Chemistry 1987". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  88. "The Nobel Prize in Chemistry 1988". Nobelprize.org. 25 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  89. "The Nobel Prize in Chemistry 1989". Nobelprize.org. 28 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  90. "The Nobel Prize in Chemistry 1990". Nobelprize.org. 28 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  91. "The Nobel Prize in Chemistry 1991". Nobelprize.org. 17 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  92. "The Nobel Prize in Chemistry 1992". Nobelprize.org. 18 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  93. 1 2 "The Nobel Prize in Chemistry 1993". Nobelprize.org. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  94. "The Nobel Prize in Chemistry 1994". Nobelprize.org. 13 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  95. "The Nobel Prize in Chemistry 1995". Nobelprize.org. 5 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  96. "The Nobel Prize in Chemistry 1996". Nobelprize.org. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  97. 1 2 "The Nobel Prize in Chemistry 1997". Nobelprize.org. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  98. 1 2 "The Nobel Prize in Chemistry 1998". Nobelprize.org. 26 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  99. "The Nobel Prize in Chemistry 1999". Nobelprize.org. 8 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  100. "The Nobel Prize in Chemistry 2000". Nobelprize.org. 20 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  101. 1 2 "The Nobel Prize in Chemistry 2001". Nobelprize.org. 19 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  102. 1 2 "The Nobel Prize in Chemistry 2002". Nobelprize.org. 2 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  103. 1 2 "The Nobel Prize in Chemistry 2003". Nobelprize.org. 29 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  104. "The Nobel Prize in Chemistry 2004". Nobelprize.org. 19 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  105. "The Nobel Prize in Chemistry 2005". Nobelprize.org. 21 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  106. "The Nobel Prize in Chemistry 2006". Nobelprize.org. 17 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  107. "The Nobel Prize in Chemistry 2007". Nobelprize.org. 16 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2008.
  108. As of 26 October 2008, the nobelprize.org website page for the 2008 award gives Shimomura's country as "USA". However, the press release from the Nobel Foundation on 8 October 2008, announcing the award, states that Shimomura is a Japanese citizen. "The Nobel Prize in Chemistry 2008–Press Release". Nobelprize.org. 8 October 2008. 9 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2008.
  109. "The Nobel Prize in Chemistry 2008". Nobelprize.org. 9 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2008.
  110. "The Nobel Prize in Chemistry 2009". Nobelprize.org. 10 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2009.
  111. "The Nobel Prize in Chemistry 2010". Nobelprize.org. 9 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
  112. "The Nobel Prize in Chemistry 2011". Nobelprize.org. 7 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2011.
  113. "The Nobel Prize in Chemistry 2012". Nobelprize.org. 13 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2012.
  114. "The Nobel Prize in Chemistry 2013". Nobelprize.org. 31 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
  115. "3 Jewish professors -- two of them Israeli -- share 2013 Nobel Prize in chemistry | The Times of Israel". 13 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
  116. "Microscope work wins Nobel Prize". BBC. 8 October 2014. 19 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2018.
  117. "Erviu Exclusiv Digi24. Stefan Hell, laureat al premiului Nobel: Educaţia primită în România m-a ajutat mult. Mi-a ușurat viața" (rumın). 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
  118. "The Nobel Prize in Chemistry 2015". Nobelprize.org. 15 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2017.
  119. "The Nobel Prize in Chemistry 2016". Nobelprize.org. 5 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2016.
  120. "The Nobel Prize in Chemistry 2017". Nobelprize.org. 6 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2017.
  121. Frank, Joachim (2017), Curriculum Vitae Arxivləşdirilib 9 oktyabr 2017 at the Wayback Machine. Retrieved 4 October 2017.
  122. Press Release: The Nobel Prize in Chemistry 2018 Arxivləşdirilib 3 oktyabr 2018 at the Wayback Machine
  123. "The Nobel Prize in Chemistry 2019". Nobelprize.org. 25 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2019.
  124. "The Nobel Prize in Chemistry 2020". Nobelprize.org. 7 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2020.
  125. "The Nobel Prize in Chemistry 2021". Nobelprize.org. 6 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2021.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]