Kilit — Vikipediya

Kilit
38°52′53″ şm. e. 46°07′58″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Ordubad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kilit xəritədə
Kilit
Kilit

KilitAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 296. ISBN 5-8066-1468-9.