Kilian Mbappe — Vikipediya

Kilian Mbappe
fr. Kylian Mbappé
Ümumi məlumatlar
Tam adı Kilian Mbappe Lottin
Doğum tarixi (25 yaş)
Doğum yeri Bondi, Fransa
Vətəndaşlığı Fransa Fransa
Boyu 1.78
Çəkisi 73 kq, 75 kq[1]
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Fransa Paris Sen-Jermen
Nömrəsi 7
Karyerası
Gənclik karyerası
2011—2013 Fransa Klayrefonteyn FK
2010—2013 Fransa Bondi FK
2013—2015 Fransa Monako
Klub karyerası[* 1]
2015—2016 Fransa Monako B 12 (4)
2015—2018 Fransa Monako 41 (16)
2017—2018 Fransa Paris Sen-Jermen (icarə) 27 (13)
2018—h.h. Fransa Paris Sen-Jermen 160 (148)
Milli yığma[* 2]
2014 Fransa Fransa U-17 2 (0)
2016 Fransa Fransa U-19 11 (7)
2017—h.h Fransa Fransa 73 (43)
Təltif və medalları
"Fəxri legion" ordeni

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilian Mbappe Lottin (20 dekabr 1998[2][3][…], Parisin 19-cu rayonu[d], Paris, Fransa[4]) — Liga 1 təmsilçilərindən olan "PSJ" klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[5]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Gənclik karyerası[redaktə | mənbəni redaktə et]

Mbappe öz karyerasına Bondi klubunda start vermişdir. Atası Vilfrid onun baş məşqçisi olmuşdur. Mbappe məşhur Klayrefonteyn akademiyasına daxil olduqdan sonra bir sıra klub tərəfindən izlənilməyə başladı. Uğurlu çıxışlarından sonra bir sıra Fransa klubları, Real MadridValensiya klubu onunla müqavilə imzalamağa cəhd göstərdi. Ancaq Mbappe Monako klubu ilə müqavilə imzaladı.[6]

Monako[redaktə | mənbəni redaktə et]

2015–16 mövsümü[redaktə | mənbəni redaktə et]

Mbappe Liqa 1-də debütünü Monako klubu ilə 2 dekabr 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Kann klubu ilə qarşılaşmada Fabio Koentraonu əvəz etmişdir. Həmin görüşdə Monako Liqa 1 görüşündə Kann ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Oyuna 16 yaş 347 günlüyündə çıxan Mbappe Monako klubunda meydana daxil olan ən gənc futbolçu kimi tarixə düşdü. O, Tyerri Anriyə məxsus olan 21 illik rekordu yenilədi.[6][7]

Mbappe peşəkar karyerasında ilk qolunu 20 fevral 2016-cı ildə Troya klubu ilə qarşılaşmada uzatma dəqiqələrdə vurmuşdur. Liqa 1 görüşündə Monako Troyaya 3-1 hesabı ilə qalib gəlmişdir. 17 yaş 62 günlüyündə qol vuran Mbappe Monako klubunda ən gənc qol vuran futbolçu kimi tarixə düşdü. O, yenə də Tyerri Anriyə məxsus olan rekordu yenilədi.[8][9] 6 mart 2016-cı ildə Mbappe Monako klubu ilə 2019-cu ilin iyun ayına qədər üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi.[10]

2016–17 mövsümü[redaktə | mənbəni redaktə et]

Mbappe karyerasında ilk het-triki əsas komanda ilə 14 dekabr 2016-cı ildə etmişdir. Liqa Kubokunun 1/8 final mərhələsində II Lui stadionunda keçirilən görüşdə Monako Renn klubuna 7-0 hesabı ilə qalib gəlmişdir.[11][12] Mbappe 1997-ci ildə Sonni Andersondan sonra turnirdə het-trik edən ilk Monakolu futbolçu olmuşdur.[13]

Mbappe Liqa 1-də ilk het-trikini 11 fevral 2017-ci ildə etmişdir. Həmin görüşdə Monako Metz klubuna 5-0 hesabı ilə qalib gəlmişdir. 18 yaş və iki aylığında bunu reallaşdıran Mbappe Jeremi Menezdən sonra Liqa 1-də het-trik edən ən gənc futbolçu olmuşdur. Menez 2005-ci ildə 17 yaşı olarkən Sojo klubunda bu uğura nail olmuşdur.[14]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Gənclər[redaktə | mənbəni redaktə et]

Peşəkar[redaktə | mənbəni redaktə et]

Mbappe 2017-ci ilin mart ayında Lüksemburqİspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır.[15] Mbappe milli komanda ilə debütünü 25 mart 2017-ci ildə Lüksemburq millisinə qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Dimitri Payeni əvəz etmişdir. 2018 FİFA Dünya Kuboku təsnifat mərhələsi oyununda Fransa Lüksemburqa 3-1 hesabı ilə qalib gəlmişdir.[16] Oyuna 18 yaş 3 ay 5 günlüyündə çıxan Mbappe Fransa millisində meydana daxil olan ən gənc ikinci futbolçu (Maryan Visnieskidən sonra) kimi tarixə düşdü.

Oyun tərzi[redaktə | mənbəni redaktə et]

Mbappe Arsen Venger tərəfindən "Tyerri Anriyə oxşayan", "böyük futbol istedadı" kimi təsvir edilmişdir. Bir sıra ekspertin fikrinə görə Mbappenin çıxışı yüksək qiymətləndirilir. Ekspertlər düşünürlər ki, Mbappe və Anri arasında olan oxşarlıqlar dünya futboluna ən maraqlı perspektivlərdən birini verəcək.[17]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Mbappenin atası Vilfrid Kamerun vətəndaşıdır. O, həm Mbappenin agenti, həm də futbol məşqçisidir. Onun digər qardaşı Cires Kembo Ekoko peşəkar futbolçudur. Anası Fauzza isə Əlcəzair vətəndaşıdır və keçmiş həndbol oyunçusudur.[6][18][19]

Uğurları[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Monako

Paris Sen-Jermen

  • Liqa 1: 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23
  • Fransa Kuboku: 2017–18, 2019–20, 2020–21
  • Liqa Kuboku: 2017–18, 2019–20
  • Çempionlar Kuboku: 2019, 2020

Milli komanda[redaktə | mənbəni redaktə et]

Fransa

Fərdi[redaktə | mənbəni redaktə et]

  • UNFP Liqa 1 Fransa çempionatında ilin futbolçusu: 2018–19, 2020–21, 2021–22, 2022–23
  • UNFP Liqa 1 İlin gənc futbolçusu: 2016–17,[20] 2017–18, 2018–19
  • UNFP Liqa 1 İlin Komandası: 2016–17,[21] 2017–18, 2018–19, 2020–21, 2021–22, 2022–23
  • UNFP Ayın Oyunçusu: Aprel 2017,[22] Mart 2018, Avqust 2018, Fevral 2019, Fevral 2021, Avqust 2021, Fevral 2023, Noyabr/Dekrabr 2022, Fevral 2023, Oktyabr 2023
  • Liqa 1 Ən çox qol vuran oyunçu: 2018–19, 2019–20, 2020–21, 2021–22, 2022–23

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://en.psg.fr/teams/first-team/squad/kylian-mbappe.
  2. K. Mbappe // Soccerway (çd.).
  3. KYLIAN MBAPPE // Argentine Soccer Database (isp.).
  4. "MBAPPE LOTTIN KYLIAN". 10 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 February 2016.
  5. "France - K. Mbappe Lottin - Profile with news, career statistics and history - Soccerway". soccerway.com. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  6. 1 2 3 "Kylian Mbappe: the Monaco teen who might be Europe's most wanted youngster". FourFourTwo. 3 September 2016. 5 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 March 2017.
  7. "Monaco vs. Caen - 2 December 2015 - Soccerway". soccerway.com. 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
  8. "European round-up: What you might have missed". BBC Sport. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
  9. "Kylian Mbappe offered Monaco contract amid Arsenal, Liverpool links". ESPNFC.com. 2016-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  10. "First professional contract for Kylian Mbappé | News | AS Monaco FC". www.asmonaco.com. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-07.
  11. "Monaco vs. Rennes - 14 December 2016 - Soccerway". soccerway.com. 2017-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-15.
  12. "Monaco mash Rennes". www.ligue1.com. 14 Dec 2016. 2 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  13. "Reported Arsenal target Kylian Mbappe smashes 21-year-old record for Monaco". HITC Sport. 15 Dec 2016. 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  14. "Wonderkid Mbappé nets hat-trick as Monaco march on". www.ligue1.com. 11 February 2017. 17 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  15. "Monaco star Mbappé given maiden France call-up". goal.com. 17 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2017.
  16. "Luxembourg vs. France - 25 March 2017 - Soccerway". soccerway.com. 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  17. "Arsene Wenger confirms bid for French striker". Express.co.uk. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
  18. "Ligue 1 Wonder Boy Kylian Mbappe is the latest star of French football ready to rip Tottenham apart after comparisons to Thierry Henry and Anthony Martial". The Sun. 21 November 2016. 15 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2017.
  19. "Coupe de la Ligue: Un joueur avec des origines Algériennes marque un triplé". Dzballon. 15 December 2016. 29 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2017.
  20. "Trophées UNFP : Cavani, Jardim, Mbappé... Le palmarès complet". RTL. 19 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017.
  21. "Trophées UNFP : Le Palmarès Complet de l'Édition 2017". 24 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017.
  22. "Kylian Mbappé et Khalid Boutaïb, joueurs du mois d'Avril !". UNFP. 9 May 2017. 14 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]