Kil Universiteti — Vikipediya

Kil Universiteti
Xəritə
54°20′20″ şm. e. 10°07′21″ ş. u.
Əsası qoyulub 1665
Tələbə sayı 25.277[1], 20.880[2], 20.033[2], 19.285[2], 19.226[2], 19.640[2], 20.193[2], 20.902[2], 21.213[2], 21.627[2], 22.084[2], 22.128[2], 22.824[2], 23.550[2], 24.363[2], 24.222[2], 24.396[2], 24.947[2], 25.362[2], 25.838[2], 26.528[2], 27.062[2], 27.101[2], 27.751[2], 27.468[2]
Ölkə
Sayt uni-kiel.de/de/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kristian Albrext

Kil Universiteti Kristian Albrext fon Şlezviq-Holşteyn-Qotorp tərəfindən 5 oktyabr 1665-ci ildə yaradılmışdır. Kil şəhərinin sakinləri başlanğıcda tələbə axınına olduqca şübhə ilə yanaşır və onların "acgözlükləri, içkiyə aludə olmaları və müəmmalı xarakterləri ilə olduqca zərərli" ola biləcəklərini düşünürdülər, lakin bir universitetin böyük iqtisadi üstünlüklər gətirdiyini düşünən şəhərlilər qalib gəldilər və beləliklə, Kil Alman Müqəddəs Roma İmperiyasının ən şimal universiteti oldu.

1773-cü ildə Kil Danimarka hakimiyyəti altına keçdikdən sonra universitet çiçəklənməyə başladı və 1867-ci ildə Kil Prussiyanın bir hissəsinə çevrildikdə universitet sürətlə böyüdü. Belə ki, universitet Almaniyada ilk botanika bağlarından birini açmışdı. Həmçinin, Martin Qropius artan tələbə sayı ilə əlaqədar yaranmış zərurətdən irəli gələrək bir çox yeni korpusların layihəsini hazırlamışdı.

Kil Universiteti 1933-cü ildə Qlayxşaltunq siyasətinə riayət edən ilk alman universitetlərindən idi. Nəticədə bu ali məktəb Ferdinand TönnisFeliks Yakobi kimi bir çox professor və tələbənin universitetdən kənarlaşdırılmasına razı oldu. İkinci Dünya müharibəsi zamanı Kil Universitetinə böyük ziyan dəydi. Buna görə də universitet sonralar başqa yerdə yenidən quruldu; müharibə nəticəsində köhnə binalardan yalnız bir neçəsi qalmışdı ki, onlarda da hazırda universitetin tibb fakültəsi fəaliyyət göstərir.

2019-cu ildə Universitet üz ifadələrinin və jestlərin yer aldığı açıq ünsiyyətin zəruri olduğunu əsas gətirərək siniflərdə üzün tamamilə (niqabla və s. vasitələrlə) örtülməsini qadağan etmişdi.[5][6]

Fakültələri[redaktə | mənbəni redaktə et]

Universitetin mərkəzi kampusunun səmadan görünüşü
  • Teologiya fakültəsi
  • Hüquq fakültəsi
  • Biznes, İqtisadiyyat və Sosial elmlər fakültəsi
  • Tibb fakültəsi
  • İncəsənət və Humanitar elmlər fakültəsi
  • Riyaziyyat və Təbiət elmləri fakültəsi
  • Kənd Təsərrüfatı və Qidalanma fakültəsi
  • Mühəndislik fakültəsi

Görkəmli şəxsləri[redaktə | mənbəni redaktə et]

Məzunları[redaktə | mənbəni redaktə et]

Akademikləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.uni-kiel.de/ueberblick/statistik/eckdaten.shtml.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  3. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  4. Stolleis, Michael. Geschichte des öffentlichen Rechts in Deutschland. Munich: C.H. Beck. 2002. səh. 394. ISBN 978-3-406-48960-0.
  5. "Kiel University bans full-face veil in classrooms - DW - 13.02.2019". DW.COM. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  6. "German university bans burqa, niqab during lectures - IOL News". www.iol.co.za. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.