Keyt Vinslet — Vikipediya

Keyt Vinslet
ing. Kate Winslet
Doğum adı Kate Elizabeth Winslet
Doğum tarixi 5 oktyabr 1975(1975-10-05)[1][2][…] (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Ned Roknroll[d] (2012–)
Partnyoru
  • Stefen Tredr[d]
Fəaliyyəti kino aktrisası, müğənni, səsləndirmə aktrisası[d], televiziya aktrisası, aktrisa, teatr aktrisası
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili
Boyu 1,7 m
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru
Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDb ID0000701
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[1][2][…], Ridinq, Birləşmiş Krallıq[4][5]) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı.

22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.

Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Aktyorluğa ilk addımını 11 yaşında, bir TV reklamıyla atan Uinslet, daha sonra 1990-cı illərin əvvəllərində müxtəlif TV seriallarında aktyorluq təcrübəsini artırmağa davam etdirmişdir. Ən yaxşı kinolarda yer alan Uinslet günümüzə qədər yaradıcılığını davam etdirməkdədir. 1994-cü ildə ağ pərdədə Piter Cekson un "Səmavi canlılar" filmi ilə məşhurluq qazanmışdır. 1995-ci ildə rol aldığı "Hiss və Həssaslıq" filmindəki performansına görə "Akademiya mükafatın" namizəd olmuş və izləyici kütləsi daha da artmışdır. Keyt Uinsletə dünya miqyaslı məşhurluq gətirən rolu isə " Titanik " filmindəki Roza obrazı oldu. Bu film Uinsletin yaradıcılığının ən müvəffəqiyyətli işi hesab olunur. "Titanik" filmindən sonra aktrisa daha çox müstəqil və az büdcəli filmlərdə çıxış etməyə başladı. Hətta 1998–99-cu illərdə "Anna və Kral", "Aşiq Şekspir" kimi filmlərin baş rol təkliflərini də rədd edən aktrisa eyni il "Müqəddəs duman və qəribə " adlı aşağı büdcəli filmlərdə rol aldı. Keyt Uinslet daha çox tarixi filmlərdə canlandırdığı obrazlarla yadda qalmış, 2000-ci illərin əvvəllərində Quills, Eniqma və Ayriş Murdok obrazı ilə 3-cü dəfə Akademiya mükafatına namizəd olmuşdur. 2004-cü ildə Keyt, Conni Depp ilə birgə "Xəyallar ölkəsini tapmaq" adlı filmdə qarşımıza çıxmışdır. Baş rollarını Cim Kerri ilə bölüşdüyü "Ləkəsiz ağlın sonsuz günəşi" filmindəki performansı ilə aktrisa 4-cü dəfə Oskara namizəd göstərildi. 2008-ci il istehsalı "Oxuyucu" filmində canlandırdığı Hanna Şmitz rolu ilə "Ən Yaxşı Köməkçi Qadın Aktrisa", İnqilabi yol filmindəki Epril Viler rolu ilə "Ən Yaxşı Qadın Aktrisa" Qızıl Kürə mükafatlarını almışdır. Nəhayət "Oxuyucu" filmindəki Hanna Şmitz obrazı ilə "Ən Yaxşı Qadın Aktrisa" kateqoriyasında Oskar mükafatına layiq görülmüşdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 37 mükafatı və 58 mükafat namizədliyi var.

Filmoqrafiyası[redaktə | mənbəni redaktə et]

İl Filmin adı Filmin orijinal adı Rol
1991 Qara Fəsillər Dark Seasons Reet
1992 Qaytar Get Back Eleanor Sweet
1994 Səmavi Canlılar Heavenly creatures Juliet Hulme
1995 Kral Arturun məhkəməsində bir uşaq A Kid in King Arthur's Court Şahzadə Sara
Eşq və Həyat Aşk ve Yaşam Marianne Dashwood
1996 Jud Jude Sue Bridehead
Hamlet Hamlet Ophelia
1997 Titanik Titanik Rose DeWitt Bukater
1998 Qəribə Kinki Hideous Kinky Julia
1999 Pərilər Faeries Brigid
Müqəddəs Duman Holly Smoke Ruth Barron
2000 Lələklər Quills Madeleine 'Maddy' LeClerc
2001 Eniqma Enigma Hester Wallace
Christmas Carol: The Movie Belle
Ayris Iris Iris Murdoch
2003 Devid Geylin həyatı The Life of David Gale Bitsey Bloom
2004 Ləkəsiz ağlın sonsuz günəşi Eternal sunshine of spotless mind Clementine Kruczynski
Xəyallar ölkəsini tapmaq Finding Neverland Sylvia Llewelyn Davies
2005 Romantizm və siqaretlər Romance & Cigarettes Tula
2006 Kralın bütün adamları All the King's Men Anne Stanton
Balaca uşaqlar Little Children Sarah Pierce
Flushed Away Rita
Tətil The Holiday Iris Simpkins
Dərin dəniz Deep Sea 3D Səsləndirən
2008 Tülkü və uşaq The Fox and the Child Səsləndirən
Oxuyucu The Reader Hanna Schmitz
April Wheeler
2010 Məni sənə gətirən Which Brings Me to You Jane
2010 Qırğın Carnage Nancy Cowan
2011 Yoluxma Contagion Dr. Erin Mears
2011 Mildred Pirs Mildred Pierce Mildred Pierce
2013 Film 43 Movie 43 Beth
2013 İşçi bayramı Labor Day Adele Wheeler
2014 Matilda Matilda
2014 Fərqli Divirgent Jeanine Matthews
2014 Kiçik xaos A Little Chaos Sabine De Barra
2015 Qızıl Delfin əfsanəsi NAYA: Legend of the Golden Dolphin Narrator
2015 Qaydasız Insurgent
Jeanine Matthews
2015 Steve Jobs Steve Jobs Joanna Hoffman
2015 Dərzi The Dressmaker Myrtle "Tilly" Dunnage
2016 Üçqat 9 Triple 9
2017 Aramızdakı dağlar The Mountain Between Us Alex Martin

İstinadlar[redaktə | mənbəni redaktə et]