Keyp Kod yarımadası — Vikipediya

Keyp Kod yarımadası
Cape Cod
Ümumi məlumatlar
Sahəsi 880 km²
Yerləşməsi
40°41′20″ şm. e. 70°17′49″ q. u.
Akvatoriya Atlantik okean
Ölkə  ABŞ
Keyp Kod yarımadası xəritədə
Keyp Kod yarımadası
Keyp Kod yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyp Kod yarımadası (ing. Cape Cod — «Treska burnu») — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində, Bostondan 120 km aralıda, Massaçusets ştatının ucqar şərq nöqtəsini təşkil edən yarımada. Keyp Kod yarımadası eyni adlı körfəzi Atlantik okeanından ayırır.

İlk əvvəllər yarımada materikə birləşik olmuşdur. 1914-cü ildə Keyp-Kod kanalının inşası ilə böyük bir adaya çevrilmişdir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Keyp Kod çimərliyi.

Yarımada 4 hissəyə bölünür:

  • Yuxarı burun — materikə ən yaxın yerləşən hissə. Şəhərlər: Born, Sendviç, Falmaus və Maşpi. Falmaus şəhərində Buds Houl Okeanoqrafik İnstitut yerləşir.
  • Orta burun — cənub hissədə yerləşir. Çoxlu sayda çimərliklərə sahibdir. Ərazi iqtisadi və sənaye baxımından yaxşı inkişaf etmişdir. Şəhərləri: Barnsteybl, Yarmunt və Dennis.
  • Aşağı burun — Yarımadanın ən dar hissəsi, bu hissədə birdən şimala yönəlir. Şəhərləri: Harviç, Byuster, Çathem və Orleans.
  • Daxili burun — yarımadanın nisbətən uzaq hissəsi. Burada Amerikanın ən məşhur çimərliklərindən biri yerləşir[1]. Şəhərlər: İstihem, Velfritt, Truppo və Provistaun. Şimal qutaracağında Reys burnu yerləşir.

Yarımadanın cənubunda yerləşən Nantaket Saund boğazı onu Marthas Vineyard, Nantaket və bir neçə kiçik adadan ayırır. Eyni adlı kanal isə Keyp Kod və Bazzards Bey körfəzlərini birləşdirir.

Ən hündür nöqtəsi Payn Hill təpəsidir. Hündürtlüyü 93 metrdir. Yarımada barnsteybl dairəsinion böyük hissəsini əhatə edir.

Geologiya[redaktə | mənbəni redaktə et]

Dyunlar

16-20 min il öncə yarımada ərazisi buzlaq mənşəlli moren olmuşdur.

23 min il öncə buzlaq dövrü özünün pik dönəminə qədəm qoyur. Buundan sonra isə Şimali Amerikada buzlaqlar geri çəkilir. Təqribi 18 min il öncə buzlaq Keyp Koda çatır.

Buzlaqların əriməsi ilə buzlaqların çəkildiyi ərazilər dəniz altında qalır. 6 min il öncə isə Keyp Kod yarımadasına çatır. Eroziya prosesi bu gündə davam edir. Alimlər yaxın gələcəkdə yarımadanın su altında qalmasını ehtimal edirlər[2]).

İqlim[redaktə | mənbəni redaktə et]

Yarımadanın iqlimi mülayimdir. Burada iqlim daha mülayimdir nəyin ki, materikin daxili hissələrində[3].

Atlantik okean yayda temperaturu bir neçə dərəcə aşağı salır. Qışda isə əksinə temperaturu qaldırır. Qolfstrim cərəyanı yarımadaya çatmır. Burada iqlimə daha çox Labrador cərəyanı təsir edir. Şimal və cənub sahillərdə suyun temperaturu arasında 4-6°С fərq edir. Havada isə bu hiss edilmir.

Hindu əhalisi[redaktə | mənbəni redaktə et]

Uzun əsrlər boyu yarımada Vampanoaqların yurdu olmuşdur. Onlar hətta 1620-ci ildə bura gəlmiş kolonistlərin sağ qalmasına köməklik etmişlər. Bir müddət sonra isə Britaniya kolonistləri onların bütün torpaqlarına hakim olmuşlar.

19751990-cı illərdə federal hökumətə Maşpi Vampanoaqların müstəqil qəbilə kimi tanınması barədə müraciət olunsada bu yalnız 2007-ci ildə qəbul olunmuşdur[4]. Bundan sonra hindulartaroixi torpaqların onlara qaytarılmasını tələb etmişlər[5].

Tarixi[redaktə | mənbəni redaktə et]

Qədim yel dəyirmanı

Yarımadanın koloniyalaşma tarixi vikinqlərin 985—1025-ci illər bura gəlişindən başlayır. Qiovanni da Verrassano 1524-cü ildə burada olur. Bir il sonra Esteban Qomes yarımadanı aşkarlayır və onu Müqəddəs İakov burnu adlıandırır. 1602-ci ildə isə Bartolome Qosnold yarımadanın bugünkü adını ona verir. 11 noyabr 1620-ci ildə Meyflauer gəmisi sahilə yan alır və ilk kolonistlər yarımadaya ayaq basır. Onlar ilk dəfə yerli əhali ilə tanış olurlar.

1901-ci ilin dekabrında Qulyelmo Markoni dünya tarixində ilk dəfə transatlantik radio əlaqəsi qurmuşdur.

Kanal[redaktə | mənbəni redaktə et]

Kanal üzərindəki körpü.

Massaçusets körfəzini Bazzards Beylə birləşdirən kanal hələ 1717-ci il xəritələrində göstərilirdi. Müasir kanal isə 1870 - 1914-cü il aralığında inşa edilmişdir.

1985-ci ildə Amerika Mülki Mühəndislər Assosasiyası kanalı ABŞ mili tarixi yerlər reysterinə daxil etmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Leatherman, Stephen. "DrBeach.org - America's Best Beaches 2007". Dr.Beach.Org. 2007-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-08.
  2. Oldale, Robert N. "Coastal Erosion on Cape Cod: Some Questions and Answers". WoodsHole.er.usgs.gov. 2012-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-08.
  3. "www.capecodweather.net". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.
  4. Stephanie Vosk. "Wampanoag tribe wins recognition". Cape Cod Times. 2007-05-25. 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-08.
  5. Американские индейцы потребовали вернуть им мыс Код Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine (rus.)