Kevin Speysi — Vikipediya

Kevin Speysi
ing. Kevin Spacey
Doğum adı Kevin Spacey Fowler
Doğum tarixi (64 yaş)
Doğum yeri South Orange, Nyu-Cersi, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti aktyor
rejissor
ssenarist
Fəaliyyət illəri 1981-
Təhsili
Mükafatları Oskar(1996, 2000)
BAFTA(1999)
IMDb ID0000228
kevinspacey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kevin Speysi (ing. Kevin Spacey; 26 iyul 1959[1][2][…]) — ABŞlı aktyor, rejissorssenarist. Karyerasına 1980-ci illərdə "köməkci" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başladı. 1990-cı illərdə The Usual Suspects (1995) filmindəki roluna görə "Ən yaxşı köməkci aktyor" nominasiyasında ilk dəfə və sonra isə American Beauty (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasına layiq görülərək karyerasında yüksəlişə keçdi.

Həmçinin, komediya-dram filmi olan Swimming with Sharks (1994), psixoloji-triller janrında Seven (1995), kriminal-polisiyə janrında L. A. Confidential (1997), super-qəhrəman filmi Superman Returns (2006), aksiyon janrında Baby Driver (2017) kimi filmlərdə də rol aldı. 2013-dən 2017-ci ilə kimi Netflix-in siyasi-dram janrında olan House of Cards serialında Frank Underwood rolunu icra etdi. Underwood roluna görə Qızıl Qlobus mükafatını "Ən yaxşı aktyor" nominasiyasında çıxış edərək uğur qazandı.

oktyabr 2017-də, aktyor Anthony Rapp, 14 yaşında olarkən, yəni 1986-cı ildə, Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etmişdir.[3] Repin bu iddiasına Speysi Twitter üzərindən cavab olaraq bildirmişdir ki, bu hadisəni tam xatırlamır və ola bilsin ki, həmin vaxtı içkili olub.[4] Nəticədə, Netflix Speysi ilə bütün əlaqələri kəsərək onu House of Cards serialından xaric etdiyini və serialın 6. sezonunun çəkilişini bilinməyən bir vaxta qədər təxirə saldığını bildirdi.[5] Eyni zamanda, Antoninin bu iddiasından sonra bir sıra şəxslər də Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını dilə gətirmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kevin Spacey // Internet Broadway Database (ing.). 2000.
  2. Kevin Spacey Fowler // Internet Broadway Database (ing.). 2000.
  3. "Arxivlənmiş surət". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  4. "Arxivlənmiş surət". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  5. "Arxivlənmiş surət". 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  6. "Arxivlənmiş surət". 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.