Kerkuan — Vikipediya

Kerkuan
36°56′47″ şm. e. 11°05′57″ ş. u.
Yer Nabul vilayəti, Tunis
Yer qeydləri
Kerkuan xəritədə
Kerkuan
Kerkuan
Rəsmi adıPunic Town of Kerkuane and its Necropolis
TipiMədəni
Kriteriya(iii)
Tarixi1985 (9-cu sessiya)
İstinad nöm.332
ÖlkəTunis Tunis
RegionƏrəb dövlətləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kerkuan (ərəb. كركوان‎, Karkwān ) — Tunisin şimal-şərqindəki Cape Bon yaxınlığında, Nabul vilayətində qədim pun şəhərinin qalıqları. Finikiyalılara aid bu şəhər yəqin ki, I Pun müharibəsi zamanı ( təxm. b.e. 250) tərk edilmiş və Romalılar tərəfindən yenidən qurulmamışdır. Şəhər yəxminən 400 il mövcud olmuşdur.

Şəhərdə aparılan qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid qalıqlar və sikkələr aşkar edilmişdir. Tərtibatı aydın görünən şəhərin ətrafındakı bir çox evin divarları hələ də mövcuddur və fasadlarda rəngli gil tez-tez görünür. Evlər, standart bir plana uyğun olaraq qurulmuşdur.

Ziyarətgahın bəzi sütunları bu günə qədər gəlib çatmışdır və buradakı kiçik bir atriumda mozaika hissələri tapılmışdır. Kerkuanda arxeoloqlar hələ də işləsələr də, ən yaxşı hissələrin artıq kəşf edildiyinə inanılır.[1]

Kerkaun, Karfagen, Hadrumetum (müasir Sus ) və Utika ilə birlikdə ən vacib Pun şəhərlərindən biri idi.

Ümumdünya irsi[redaktə | mənbəni redaktə et]

Kerkuan və onun nekropolu, 1985-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kerkouane". www.trekearth.com (ingilis). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28.