Kerəşenlər — Vikipediya

Kerəşenlər
Ümumi sayı
55,735[1][2]
Yaşadığı ərazilər
Rusiya Rusiya 34,882 [3]
Qazaxıstan Qazaxıstan 20 913 [4]
Dili

tatar dili

Dini

pravoslav

Qohum xalqlar

Türk xalqları

Kerəşenlər və ya kryaşenlər (tatar. керәшеннәр, tatar. керәшен татарлары; rus. крещён - xaç suyuna salınan və ya xristian olan) — Volqayanı və Ural bölgələrdə yaşayan tatar xalqının subetnik qrupu.

Tarix[redaktə | mənbəni redaktə et]

Kerəşenlərin mənşəyi mübahisəlidir. Akademik mənbələrin çoxluqunda onlar tatar xalqının tərkibi hissəsi kimi sayılır.[5][6] Eyni zamanda onların bəziləri özlərini ayrı xalq kimi sayır.[7]

Etnoqraflar və tarixçilər kerəşenlərin formalaşmasını XVI-XIX əsrlərdə həm könüllü, həm də zor şəkildə baş verən xristianlaşma ilə əlaqəndirir.[8][9][10][11] Kerəşenlərin ilk dalğası QazanHəştərxan xanlıqların işğalından az sonraki zor xristianlaşmalar nəticəsində baş verib. Halbuki, onların çoxu sonra İslama geri qayıdıb və beləliklə Xristianlıq o tatarlar arasında kiçik sıçrayış eləyib.[12]

Kerəşenlərin daha davamlı mövcudluğu Rusiya İmperiyasının XVIII əsrdəki törətdiyi məscidlərin məhvi və müsəlmanların əzilməsi ilə bağlıdır. Anna İvanovna hökümranlığı zamanı çox sayda müsəlman zorla xristianlaşdırılıb.[13] Yeni çevirənlər vergilərdən azad olunub, onlara bəzi imtiyazlar və yeni dinlərini öyrənmək üçün vəsaitlər verilib. Dini dəyişən tatarların çoxluğu bunu inanclarına görə yox, maddi və ya siyasi səbəblərə görə eləyib.[12] Onların bir çoxu gizli şəkildə İslama ibadət etməyə davam edirdi.[13] XIX əsrin sonunda artıq bir neçə mini İslama geri qayıdıb.[12][13]

Xristianlaşmanın ayrı dalağaları kerəşenləri ayrı qruplara bölüb: XVI-XVII əsrlərdə xristianlaşmış qrup (köhnə xristianlaşmış taratlar - rus. старокрещённых татар)[14] və XVIII əsrdə xristianlaşmış (yeni xristianlaşmış tatarlar - rus. новокрещённые татары).[5][15] Dolayısıyla, beş qrup formalaşıb: Qazan tatar, yelabuj, molkeyevsk, çistopolsk və nağaybəklər.[5][16]

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

XVI-XVII əsrlərdə kerəşenlərin təhsil imkanları az idi. Amma, XVIII əsrdə onlara verilən imtiyazlar ilə birlikdə, onlar üçün bir sıra tikilişlər aparılıb. O cümlədən, ilk dini dəyişənlər üçün tatar məktəbi 1863-cü ildə, ilk seminariya isə 1872-ci ildə təsis olunub.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. «История и культура татар-кряшен (XVI—ХХ вв.) Казань. 2017. 960 с.
  2. Института этнологии и антропологии РАН.
  3. Russian Census 2010: Population by ethnicity Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine
  4. "Итоги национальной переписи населения 2009 года. Национальный состав, вероисповедание и владения языками в Республике Казахстан". 2020-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  5. 1 2 3 Уразманова, Чешко, 2001
  6. Кадырова Г. А.Этнокультурные взаимодействия кряшен с другими народами Волго-Уральского региона : по материалам народного костюма Arxivləşdirilib 2020-02-03 at the Wayback Machine // Культурология традиционных сообществ: Матер. Всероссийск. науч. конфер. молодых ученых / Отв. ред. М.Л. Бережнова. — Омск: ОмГПУ, 2002. — С. 27-30
  7. Никитина, Г. А. "Кряшены Удмуртии: этнокультурный портрет". Вестник Удмуртского университета. Серия: История и филология. 3 cild. Ижевск: УдГУ. 2012. 73–81.
  8. Татарская энциклопедия: В 5 т., — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. — Т. 3., стр. 462.
  9. Татары / Отв. ред. Р. К. Уразманова, С. В. Чешко. — М.: Наука, 2001. — 583 с. — (Народы и культуры)
  10. "Исхаков Р. Р. Культ мусульманских святых в религиозно-обрядовой традиции татар-кряшен волго-уралья (XIX – начало ХХ В.) // Исторические, философские, политические и юридические науки, культурология и искусствоведение. Вопросы теории и практики. — Тамбов: Грамота, 2015. —№ 12 (62): в 4-х ч. Ч. III. — С. 78-81. — ISSN 1997-292X" (PDF). 2016-03-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  11. Д.М. Исхаков. Татарская нация: история и современное развитие. Казань 2002
  12. 1 2 3 4 Akiner, Shirin. Islamic peoples of the Soviet Union : with an appendix on the non-Muslim Turkic peoples of the Soviet Union : an historical and statistical handbook (2nd). London: KPI. 1986. 431–432. ISBN 0-7103-0188-X.
  13. 1 2 3 Bennigsen, Alexandre. Muslims of the Soviet empire : a guide. Wimbush, S. Enders. Bloomington: Indiana University Press. 1986. 234. ISBN 0-253-33958-8.
  14. Ислаев Ф. Г. Православные миссионеры в Поволжье. — Казань: Татарское книжное издательство, − 1999.
  15. Татарская энциклопедия: В 5 т., — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. — Т. 3., стр. 462.
  16. Раздел 2. Кряшены (историко-этнографический очерк) // Исхаков Д. М. Татарская нация: история и современное развитие. Казань: Магариф, 2002