Kazım Məmmədov (aktyor) — Vikipediya

Kazım Məmmədov
Kazım Yaqub oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Gədəbəy, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti vokalçı-aktyor
Təhsili Azərbaycan Dövlət Konservatoriyası (1952)
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958

Kazım Yaqub oğlu Məmmədov (1926, Gədəbəy, Gəncə qəzası1988, Bakı) — Azərbaycan vokalçı-aktyoru (lirik-dramatik tenor), Azərbaycan SSR əməkdar artisti (1958).

Həyatı[redaktə | mənbəni redaktə et]

Kazım Məmmədov 1926-cı ildə Gədəbəydə anadan olub. Böyük Vətən müharibəsində döyüşdə yaralanaraq keçirdiyi psixoloji sarsıntıdan səsini itirib. Ordudan tərxis edilərək az müddət müxtəlif işlərdə çalışıb. 1945-ci ildə təsadüfən səsi açılan Kazım Məmmədov Üzeyir Hacıbəyovun köməkliyi ilə 1947–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Konservatoriyanı bitirdikdən sonra vokalçı kimi teatrın solist ştatında qalıb.[1]

Kazım Məmmədov 1988-ci ildə Bakıda vəfat edib.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Rəhimli, 2017. səh. 169–170

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.