Kazım Əliverdibəyov — Vikipediya

Kazım Əliverdibəyov
Kazım Ağalar bəy oğlu Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1934(1934-11-27)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2022(2022-12-19) (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1978

Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010

Həyatı[redaktə | mənbəni redaktə et]

Kazım Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edir.

Teatrdakı fəaliyyəti ilə yanaşı K. Əliverdibəyov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Musiqi Akademiyasının professorudur.

K. Əliverdibəyov bir neçə il qardaş Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR əməkdar incəsənət xadim — 10.01.1978[1]
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970[2]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31.05.2010.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  2. Parisdə Beynəlxalq rəqs festivalının ən çox fərqlənmiş iştirakçılarının Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machineanl.az saytı
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]