Kayzer — Vikipediya

Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür.

Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-MacarıstanAvstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III FridrixII Vilhelmə şamil edirlər.

Eyni zamanda hindurdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.