Karvan (qrup) — Vikipediya

Karvan
Əsas məlumatlar
Üslub pop
Fəaliyyət illəri 19841993
Ölkə Azərbaycan
Şəhər Bakı
Heyət Sevinc Kərimova (direktor, rejissor)
Sevil Hacıyeva (solist)
Şahriza MEXTİVEV (solist)
İlqar Xəyal (solist)şahriza mehtiyev
Gülağa Cəbrayılov (zərb alətləri)
Gennadiy Yuqay (bas-gitara)
Mikayıl Vəkilov (bədii rəhbər, bəstəkar)
Firuz İsmayılov (musiqi rəhbəri)
Samir Muradov (səs rejissoru)
Keçmiş üzvlər Tamilla Ağamiyeva
Əlaqəli layihələr Bakı Payızı-88
Əməkdaşlıq Malik Fərrux
Xana Qalsanova

Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər.[2]

Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir.[2] Karvan qrupunu ilk dəfə Azərbaycan Televiziyasında təqdim edən Nərgiz Cəlilova olmuşdur.

Bakı Payızı-88[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Bakı payızı

Bakı Payızı-83 və Bakı Payızı-85 müsabiqələrindən ilhamlanaraq dağılmış Karvan qrupuna yeni üzvlər seçmək məqsədilə Sevinc Kərimova Bakı Payızı-88 müsabiqəsini təşkil edir. Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir. Müsabiqənin ən yadda qalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi "Azərbaycanım" mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.

Müsabiqədə "Yadelli durnalar" mahnısıyla çıxış edən İlqar Xəyal I dərəcəli diploma layiq görülür. Sevil Hacıyeva isə Samir Bağırovla olan dueti ilə III dərəcəli mükafatın laureatı olur. Final konsertinin sonunda "Azərbaycan Komsomolu", "Бакинский Рабочи" qəzetinin xüsusi mükafatı İlqar Xəyala, Bakı Şəhəri Mədəniyyət İdarəsinin xüsusi mükafatı Samir Bağırov və Sevil Hacıyevaya təqdim olunur.[3]

Qrupun dağılması[redaktə | mənbəni redaktə et]

Azərbaycandakı siyasi vəziyyət və Qarabağ müharibəsi musiqi sahəsinə də öz təsirini göstərir. Eyni zamanda Vəkilovlar ailəsinin, daha sonra Firuz İsmayılovun Azərbaycandan köçməsi qrupun 1993-cü ildə rəsmi olaraq dağılmasına gətirib çıxarır. Bu hadisələr qrupun digər üzvlərinə də öz təsirini göstərir. İlqar Xəyal qrup dağıldıqdan sonra 4 il səhnəyə çıxmır, digər üzvlər də uzun müddət işsiz qalır. Firuz İsmayılov və Mikayıl Vəkilov fəaliyyətini TürkiyəABŞ-də davam etdirir.[1]

Sevil Hacıyevanın ölümü[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Sevil Hacıyeva

Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür.[4][5]

Müğənni 12 oktyabr 2000-ci ildə bir şəxslə Qərbi Hollivudda yerləşən Şimali Robertson Bulvarının 470-ci blokunda gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizə aparan zaman sifətindən bir güllə ilə yaralanır. Karvan qrupunun solisti Sevil Hacıyeva Hollivud-Hills (Forest-Loun) qəbiristanlığında dəfn olunmşdur.[4][5]

"Karvan — 30 il"[redaktə | mənbəni redaktə et]

2022-ci ilin mart ayında İlqar Xəyal qrupun 30 illiyi münasibətilə yenidən bir araya gələcəyini açıqlamışdır. "Karvan — 30 il" konserti 24 may 2022-ci ildə Heydər Əliyev Sarayında baş tutdu.[6][7][8]

Üzvləri[redaktə | mənbəni redaktə et]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Videoqrafiya[redaktə | mənbəni redaktə et]

01)   Tufanla Oynama

02)   Bilərsən

03)   Sənə Qurban

04)   Gözləyirsən, Yar

05)   Qara Gözlər

06)   Dostum

07)   Polismen

08)   Xatirədir

09)   Qatarlar

10)   Şahzadə (Gəl, Yarım)

11)   Durnalar

12)   Gəmi

13)   Sevgilim

14)   Vətənim Mənim, Anam

15)   Sarı Güllər

16)   Azərbaycanım

17)   Ver Əlini

18)   Rafiq Babayevin Xatirəsinə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "İtkin düşən musiqi əfsanələrimiz – YUXU, AŞIQLAR, KARVAN…" (az.). 5 iyul 2018. 5 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 apr 2022.
  2. 2,0 2,1 ""Qaya" qrupunun varisi - Azərbaycanda ilk dəfə klip çəkdirən "Karvan" qrupu" (az.). 11 may 2020. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 apr 2022.
  3. "BAKI PAYIZI 1988" (az.). 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 apr 2022.
  4. 4,0 4,1 "Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı" (az.). 18 aprel 2022. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 apr 2022.
  5. 5,0 5,1 "31 yaşlı Azərbaycanlı müğənni ABŞ-də necə öldürüldü?" (az.). 18 aprel 2022. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 apr 2022.
  6. ""Karvan" qrupunun konserti olacaq" (az.). 30 mart 2022. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 apr 2022.
  7. "KARVAN - 30 il" (az.). 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 apr 2022.
  8. "30 il sonra "Karvan" qrupunun konserti baş tutdu". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]