Karlo Ponti — Vikipediya

Karlo Ponti
Doğum tarixi 11 dekabr 1912(1912-12-11)[1][2][…]
Vəfat tarixi 10 yanvar 2007(2007-01-10)[1][2][…] (94 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti film prodüseri, ssenarist, kinorejissor, prodüser
Fəaliyyət illəri 1940-cı ildən
Təhsili
Mükafatları "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı
Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı
IMDb ID0690638
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[1][2][…]10 yanvar 2007[1][2][…], Cenevrə[3]) — İtaliya kinoprodüseri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi. Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər. Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır. 1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar. Onların iki övladı dünyaya gəlir.

1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin etdilər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulmuşdur.

Seçilmiş filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Kiçik qədim dünya (film, 1940)
  2. Avropa 51 (film, 1952) / Europa '51  (ital.)
  3. Yol (film, 1954) / La Strada  (ital.)
  4. Hərb və sülh (film, 1956) / War and Peace  (ing.)
  5. İki qadın (film, 1960) / La Ciociara  (ital.)
  6. Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani  (ital.)
  7. Səfər (film, 1974) / Il viaggio  (ital.)
  8. Qanqsterin oyuncağı (film, 1975)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Carlo Ponti // filmportal.de. 2005.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Carlo Ponti // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #12921518X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]