Karles Puyol — Vikipediya

Karles Puyol
kat. Carles Puyol
Ümumi məlumatlar
Tam adı Karles Saforkada Puyol
Ləqəbi Şir ürəyi
Doğum tarixi 13 aprel 1978(1978-04-13)[1][2][…] (46 yaş)
Doğum yeri Pobla-de-Sequr, İspaniya
Vətəndaşlığı İspaniya İspaniya
Boyu 178 sm
Çəkisi 81 kq
Mövqeyi müdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub İspaniya Barselona
Nömrəsi 5
Karyerası
Gənclik karyerası
1993—1995 İspaniya Pobla-de-Sequr
1995—1996 İspaniya Barselona
Klub karyerası[* 1]
1996—1997 İspaniya Barselona C
1997—1999 İspaniya Barselona B 89 (6)
1999—2014 İspaniya Barselona 387 (11)
Milli yığma[* 2]
1995 İspaniya İspaniya (18 yaşlılar) 3 (0)
2000 İspaniya İspaniya (21 yaşlılar) 4 (0)
2000 İspaniya İspaniya (23 yaşlılar) 5 (0)
2000—h.h. İspaniya İspaniya 100 (3)
2001—h.h. Flag of Catalonia Kataloniya 5 (0)
Olimpiya oyunları
Gümüş Sidney 2000 futbol
Dünya çempionatları
Qızıl CAR 2010
Konfederasiyalar kubokları
Bürünc CAR 2009
Avropa çempionatları
Qızıl Avstriya/İsveçrə 2008

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 9 mart 2013 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 6 fevral 2013 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karles Puyol Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı.

1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü. Aqressivliyi və peşəkarlığı ilə seçilən Puyol müdafiənin istənilən mövqeyində oynaya bilir. 2003-2004 mövsümünün sonundan etibarən komandanın kapitanıdır.

2008-ci il sentyabrın 16-sı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Sportinqlə keçirilən qarşılaşmada o əsas komandada 400-cü oyununu keçirdi.

Milli karyerası[redaktə | mənbəni redaktə et]

2000-ci il noyabrın 15-də o İspaniya milli komandasında ilk oyununa çıxıb. İspaniya millisinin tərkibində o 2000-ci il Sidney Olimpiya, 2002 FIFA Dünya Kuboku, Avro 2004, 2006 FIFA Dünya Kuboku Avro 2008 kimi beynəlxalq turnirlərdə oynayıb. Bu müddət ərzində 72 oyunda 2 qol vurub. O həmçinin Kataloniya milli komandasının yoldaşlıq oyunlarında da çıxış etmişdir.

2008-ci ildə keçirilən Avropa Çempionatında yığmanın çempion olmasında o böyük pay sahibi olmuşdur və Avro 2008 Rəmzi komandasına mərkəz müdafiəçi mövqeyində seçilmişdir.

  1. Carles Puyol // Transfermarkt (çd.). 2000.
  2. PUYOL carles // Argentine Soccer Database (isp.).