Karl Knis — Vikipediya

Karl Knis
alm. Karl Gustav Adolf Knies[1]
Doğum tarixi 29 mart 1821(1821-03-29)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 3 avqust 1898(1898-08-03)[2][3][…] (77 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Bruno Hildebrandt[7]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Knis (alm. Karl Gustav Adolf Knies‎; 29 mart 1821, Marburq, — 3 avqust 1898, Heydelberq) — Almaniya iqtisadçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1853-cü ildə Marburq, FreyburqHeydelberq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K. Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885–86-cı illər) əsəridir.

Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu. Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi.

Tarix məktəbi Fridrix Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Blenck E. Knies, Karl Gustav Adolf // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 3. S. 110–112.
  2. 1 2 Carl Gustav Adolf Knies // Marburger Professorenkatalog. 2016.
  3. 1 2 Karl Gustav Adolf Knies // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 4 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
  5. 1 2 3 4 5 6 Marburger Professorenkatalog. 2016.
  6. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  7. Mathematics Genealogy Project (ing.). 1997.