Karl Ebermayer — Vikipediya

Karl Ebermayer
Doğum tarixi 4 fevral 1802(1802-02-04)
Doğum yeri
  • Reda-Videnbrük[d]
Vəfat tarixi 1 yanvar 1870(1870-01-01) (67 yaşında)
Vəfat yeri
Fəaliyyəti botanik, həkim
Üzvlüyü

Karl Henrix Ebermayer (alm. Carl Heinrich Ebermaier‎; 4 fevral 1802, Reda-Videnbrük[d]1 yanvar 1870, Düsseldorf, Reyn əyaləti[d]) — Almaniya həkimi və müalicəvi bitkilər üzrə yazıçısı. Karl, həkim, əczaçı və tibb yazıçısı olan İohann Xristof Ebermayerin (1768–1825) oğludur.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Karl Henrix Ebermayer 4 fevral 1802-ci il tarixində, o vaxtlar Prussiya krallığının, hal-hazırda Almaniyanın tərkibində olan Reda qəsəbəsində anadan olmuşdur.[1] Karl, əczaçı olan İohann Xristof Ebermayerin oğlu idi. 1824-cü ildə o, Berlin şəhərində tibbi doktoranturasını almış, daha sonra Düsseldorf şəhərinə köçüb, orada tibbi təcrübəsini təkmilləşdirmişdir. Karyerası dövründə Karl, tibbi müşavir və gizli müşavir olaraq fəaliyyət göstərmişdir.[2]

Ebermaiera adlı bitki növü (Akantkimilər bitki fəsiləsi) Karlın soyadını daşıyır.[3] Karl "Handbuch der medicinisch-pharmaceutischen Botanik" (azərb. Müalicəvi Əczaçılıq Botanikası Kitabçası‎) kitabında, nəbabşünas olan Teodor Fridrix Lüdviq Nes fon Ezenbeklə (1787–1837) birlikdə işləmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Plantarum papilionacearum : monographiam medicam, 1824
  • Ueber den Schwamm der Schädelknochen und die Schwammartigen Auswüchse der harten Hirnhaut, 1829
  • Erfahrungen und Ansichten über die Erkenntniss und Behandlung des asiatischen Brechdurchfalls, 1832.[4]


Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «C.H.Eberm.».
Şəxsi səhifə IPNI saytında

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Staflyo, Frans Antoni; Kouen, Riçard Samner. "Taxonomic literature : a selective guide to botanical publications". Biodiversity Heritage Library. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  2. Dictionnaire encyclopédique des sciences médicales: publié sous. 66. 1885.
  3. Qledhill, Deyvid. The Names of Plants.
  4. https://www.worldcat.org/identities/viaf-30349284 Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine kitabxanalarda Karl Henrix Ebermayerin yazdığı və ya onun haqda yazılan kitablar (WorldCat kataloqu)