Kaolinit — Vikipediya

Kaolinit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂Si₂O₅(OH)₄
Strunz təsnifatı VIII/H.25[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaolinit — kimyəvi tərkibi Al2Si2O5(OH)4 olan gilli mineraldır. O, təbəqəli silikat mineralıdır, bir tetraedr təbəqəsi oksigen atomları vasitəsilə alumina oktaedrin bir oktaedr təbəqəsinə bağlanıb.[2] Kaolinitlə zəngin olan süxurlar kalin və ya Çin gili adlandırılır.[3]

Növ müxtəliflikləri[redaktə | mənbəni redaktə et]

Xromlu kaolinit (0,4–1,1 % Cr2O3)

Xassələri[redaktə | mənbəni redaktə et]

Rəng – ağ, sarı, sarımtıl-qəhvəyi, qonur (Fe3+), alma kimi yaşıl (Ni3+), yaşılımtıl, mavi (Cr3+), qırmızı, qara (Mn); tək-tək pulcuqları rəngsizdir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – nazik pulcuq-larında – sədəfi, bütöv kütlələrində – tutqun, donuq; Şəffaflıq – qırıntıları qeyri-şəffaf, tək-tək vərəqləri şəffafdır; Sıxlıq – 2,58–2,60; Sərtlik – 2,5–3; Lövhəcikləri əyilgəndir, lakin elastik deyil, əllə toxunduqda yağlıdır; Ayrılma – {001} üzrə tam mükəmməl; Asanlıqla nazik lövhəciklərə ayrılır; Sınıqlar – hamar, qabıqvarı; Başqa xassələr – olduqca hiqroskopikdir; rütubət çəkdikdə spesifik "gil" iyi verir; Morfologiya – kristallar: nazik altıbucaqlı yaxşı təraşlanmış lövhəciklər; Mineral aqreqatları: sıx, kövrək, incəpulcuqlu, torpaqvari kütlələr.

Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]

Əsasən ekzogen şəraitdə alümo-silikatlarla – çöl şpatları, mikalar, seolitlərlə zəngin olan müxtəlif süxurların aşınması nəticəsində əmələ gəlir. Habelə alümosilikatların turş mühitdə hidrotermal dəyişilmə məhsulu kimi müşahidə edilir. Çökmə süxurların tipik mineralı kimi lateritlərdə, gillərdə, nisbətən az qumdaş-larında yayılmışdır. Birlikdə rast gəldiyi minerallar: kvars, feldşpatoidlər, mikalar və b. Mineralın tapıldığı yerlər:Yauçau-Fu yaxınlığında Kao-Linq dağı (Çin); Qluxo-vetski, Turbovski, Raykovski (Ukrayna); Kurinski, Troitski-Baynovski, Yelenovski (Rusiya); Karlovı Varı yaxınlığında Settlis (Çexiya); Elburs silsiləsi (İran). Azərbaycanda eyni adlı alunit yatağı ilə məkanca bağlı olan Zəylik kaolinit yatağı, həmçinin mineralın Çardağlı və Qara-Murad yataqları və bir sıra təzahürləri məlumdur. Kiçik Qafqazın bir sıra məntəqələrində kaolinit törəmə kvarsitlər içərisində qeyd edilir. Minerala həmçinin Çıraqdərə, Toğanalı, Filizçay, Katsdağ və b. kolçedan yataqlarında, Dəvəboynu sürmə-mərgümüş filizləri təzahüründə və bəzi başqa yerlərdə rast gəlinir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Hələ qədimlərdən keramika materialı almaq və müxtəlif çini və saxsı məmulat hazırlamaq üçün istifadə edilir. Kagız, rezin, toxuculuq, tikinti sənayesində istifadə olunan mühüm xammaldır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Kaolinite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. Deer, W.A.; Howie, R.A.; Zussman, J. An introduction to the rock-forming minerals (2). Harlow: Longman. 1992. ISBN 0-582-30094-0.
  3. Pohl, Walter L. Economic geology: principles and practice : metals, minerals, coal and hydrocarbons – introduction to formation and sustainable exploitation of mineral deposits. Chichester, West Sussex: Wiley-Blackwell. 2011. səh. 331. ISBN 978-1-4443-3662-7. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]